Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Araz üzərindən etimad körpüsü

Araz üzərindən etimad körpüsü

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bakı–Tehran xəttində uzun illər formalaşmış ehtiyatlı diplomatiya modeli yerini tədricən daha açıq, daha isti və simvolik məzmunu güclü olan siyasi ünsiyyət formatına verir. Son dövrlər müşahidə edilən proseslər Azərbaycan–İran münasibətlərinin ictimai rəy, mədəni kod və psixoloji etimad müstəvisində yenidən formalaşdığını nümayiş etdirir. Məsud Pezeşkian administrasiyasının Bakıya yönəlik atdığı ardıcıl addımlar bu dəyişimin mahiyyətini aydın şəkildə ortaya qoyur.

İran Prezidenti Məsud Pezeşkianın Prezident İlham Əliyevi doğum günü münasibətilə telefon zəngi ilə təbrik etməsi bu xəttin diqqətçəkən siyasi jestlərindən biri oldu. İran diplomatik ənənəsində prezidentlərin telefon danışığı, adətən, tərəflər arasında xüsusi siyasi, birbaşa dialoqun qurulduğunu göstərir. Yəni Pezeşkianın zəngi Bakının Tehran üçün yenidən siyasi tərəfdaş kateqoriyasına daxil edildiyini göstərən açıq mesajdır.

Bu xəttin davamı mədəni platformada verildi. İran prezidentinin qızı Zəhra Pezeşkianın Bakıda keçirilən beynəlxalq konfransda çıxışının sonunda Şəhriyarın “Heydərbabaya salam” poemasından bənd səsləndirməsi ictimai rəyə ayrıca mesaj rolunu oynadı. Poemanın müxtəlif vaxtlarda İran prezidenti və onun ailə üzvü tərəfindən Bakının mərkəzində səsləndirilməsi Tehranın mədəni–etnik mövzulara münasibətdə ritorik tonunu, sadəcə, yumşaltmaqla kifayətlənmədiyini, bu sahədə konseptual xətt dəyişikliyinə getdiyini göstərən açıq siyasi ismarış sayılmalıdır. Xatırlatmaq yerinə düşər ki, İran Prezidenti Məsud Pezeşkian da aprel ayında ölkəmizə səfəri zamanı “Heydərbabaya salam” şeirindən bir parça səsləndirmişdi.

Bu siyasi mesajlar paralel şəkildə iqtisadi gündəmin də aktivləşdirilməsi ilə müşayiət olunur. Araz çayı üzərində hidroenerji layihələrinin irəlilədilməsi, Astara–Rəşt dəmir yolunun Şimal–Cənub dəhlizi üzrə əsas həlqələrdən birinə çevrilməsi, sərhəd ticarətinin genişləndirilməsi və yeni logistika marşrutlarının aktivləşdirilməsi artıq simvolik istiləşmənin mexaniki dayaqlarla möhkəmləndirildiyini göstərir. Bu gün Azərbaycan Avrasiyanın şimalı və cənubu arasında tranzit axınlarının ən etibarlı dayaqlarından biri kimi çıxış edir.

Elə bu məcrada Şimal–Cənub dəhlizinin milli seqmentinin sürətlə modernləşdirilməsi həyata keçirilir, Sumqayıt–Yalama xəttinin yenidən qurulmasının isə yaxın günlərdə tamamlanacağı gözlənilir. Paralel olaraq Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi yüksək templə davam etdirilir və marşrutun 2026-cı ilədək Ermənistan sərhədinə qədər uzadılması planlaşdırılır. Naxçıvandan keçən 188 kilometrlik hissənin bərpası da bu logistika arxitekturasının əsas elementlərindən biri kimi irəliləyir. Ötən ay Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında bu istiqamət üzrə aparılan işlər ayrıca müzakirə edildi və rəsmi Bakının sözügedən marşrutda ən etibarlı aktor olduğu bir daha təsdiqləndi. Bu reallıq həm Moskva, həm də Tehran tərəfindən aydın şəkildə başa düşülür.

***

Məhz bu kontekstdə Vaşinqton platformasında formalaşdırılan və regionda yeni logistik–siyasi arxitektura qurmağa yönələn TRIPP Bakı üçün əlavə diplomatik və geoiqtisadi manevr imkanları açır. Tehran üçün isə TRIPP reallığı Bakı ilə münasibətlərin artıq alternativsiz strateji xətt kimi qəbul edildiyini təsdiqləyən əlavə təhlükəsizlik və iqtisadi zəmanət funksiyası daşıyır. Dəhliz ətrafında İran daxilində hələ də müəyyən tərəddüdlərin mövcudluğu müşahidə olunsa da, beynəlxalq praktikada məhz Azərbaycanın iştirakı ilə reallaşdırılan layihələrin qərəz və riskdən uzaq olması artıq formalaşmış etibarlı nümunə kimi qəbul edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfdaş ölkələrə münasibətdə ardıcıl şəkildə dostluq və əməkdaşlıq xəttini qoruyub saxlayır. Bu siyasi davranış modeli regional layihələrin uzunmüddətli dayanıqlılığının əsas təminatçılarından biri kimi çıxış edir.

Eyni zamanda formalaşan bu yeni ton İran daxilində uzun müddət Azərbaycanı şübhə obyektinə çevirən radikal ritorikanın siyasi çəkisini nəzərəçarpacaq dərəcədə zəiflədir. Dövlət başçısının ardıcıl mesajları da bu transformasiyanın dərinliyini açıq şəkildə ortaya qoyur. Məsud Pezeşkian iyul ayında etdiyi çıxışında Azərbaycanla münasibətlərin qurulmamasında məsuliyyətin məhz İran tərəfinə aid olduğunu açıq etiraf etmişdi. Rəsmi mərkəzdən səslənən bu tip mövqelər İran daxilində anti-Azərbaycan xəttində dayanan dairələrin manevr imkanlarını daraldır, ictimai rəyin vektorunu dəyişir və Bakı–Tehran xəttində formalaşmaqda olan yeni siyasi ünsiyyət modelinin institusional dayaqlarını möhkəmləndirir.

Ceyhun MƏMMƏDOV,
Milli Məclisin deputatı, Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü

Əslində hazırkı mərhələdə İran Prezidentinin, eləcə də onun ailə üzvlərinin və rəsmi dövlət qurumlarının Azərbaycanla münasibətlərin inkişafında açıq şəkildə maraqlı olduqları müşahidə olunan reallıqdır. Bu il Məsud Pezeşkianın Azərbaycana etdiyi səfərlər, Bakıda keçirdiyi görüşlər, habelə Tehranda rəsmi çıxışları zamanı Azərbaycan–İran münasibətlərinin strateji əhəmiyyətini xüsusi vurğulaması bu siyasi iradənin institusional xarakter daşıdığını təsdiqləyir.

Bu gün İranda müəyyən dairələrin ikitərəfli münasibətlərin inkişafına əngəl yaratmağa çalışdıqları görünür. Lakin bu cəhdlər fonunda rəsmi Tehran administrasiyasının, xüsusilə Prezident Pezeşkianın mövqeyi konstruktivdir və Bakı ilə əlaqələrin dərinləşdirilməsinə yönəlib. Bu kontekstdə onun Azərbaycana dair verdiyi açıqlamalar, eləcə də qızının Bakıda beynəlxalq tədbirdə iştirakı, rəsmi görüşlər keçirməsi, mediaya verdiyi mesajlar uzaqgörən siyasi yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Reallıq ondan ibarətdir ki, Azərbaycan–İran münasibətləri mərhələli şəkildə, institusional əsaslar üzərində inkişaf etməlidir. Azərbaycan bu istiqamətdə ardıcıl addımlar atır və regional sabitlik, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika bağlantıları baxımından bu əlaqələrin genişlənməsinə xüsusi əhəmiyyət verir. Son dövrlər səsləndirilən rəsmi açıqlamalar, verilən mesajlar və nümayiş etdirilən siyasi jestlər məhz bu prosesə təkan verən faktorlardır.

Təbii ki, İrandan zaman-zaman fərqli, ziddiyyətli mövqelər və açıqlamalar da eşidirik. Lakin əsas meyar İran dövlətinin rəsmi xəttidir və bu xətt Bakı ilə münasibətlərin möhkəmləndirilməsinə yönəlib. Bu, artıq təkcə diplomatik ritorika deyil, institusional iradə səviyyəsində formalaşmış siyasətdir. Unudulmamalıdır ki, Azərbaycan–İran münasibətləri bir müddət bizim iradəmizdən kənar səbəblər üzündən müəyyən gərginlik mərhələsindən keçib. Sonrakı dövrdə isə bu əlaqələr yenidən inkişaf xəttinə daxil oldu və Azərbaycan dövləti bu prosesdə maraqlı tərəf kimi ardıcıl mövqe sərgilədi. Prezident İlham Əliyevin bu istiqamətdə dəfələrlə səsləndirdiyi açıqlamalar da məhz bu strateji xəttin siyasi təsdiqidir.

Azərbaycan bu münasibətlərin inkişafı üçün çalışır və bu strateji xətt dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Qarşıdakı mərhələdə əlaqələrin daha da dərinləşdirilməsi, institusional mexanizmlərin gücləndirilməsi və siyasi dialoqun intensivləşdirilməsi regionun gələcək arxitekturası baxımından həlledici əhəmiyyət kəsb edir. Bu mənada son açıqlamalar, verilən mesajlar və nümayiş etdirilən siyasi davranışlar Azərbaycan–İran münasibətlərinin yeni mərhələyə keçidinin real indikatoru kimi qiymətləndirilməlidir.

Tacir SADIQOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri