Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Türkiyənin Adana şəhərində yuxuda tənəffüsün dayanması və xroniki xorultudan əziyyət çəkən insanlar üçün yeni ağız daxili aparat hazırlanıb.
Bizim.Media xəbər verir ki, aparatı təqaüddə olan diş texniki Mövlud Topuksal KBB mütəxəssisi dosent Sıdıka Dəniz Yalımla birlikdə hazırlayıb.
Yeni aparat alt çənənin mövqeyini dəyişdirərək yuxu zamanı tənəffüs yolunun açıq qalmasına kömək etmək məqsədi daşıyır. Tərtibat hazırlanarkən ağız və boğaz quruluğu, eləcə də tüpürcək ifrazı ilə bağlı narahatlıqların azaldılması da nəzərə alınıb.
Aparat yuxuda tənəffüsün dayanması və xroniki xorultu problemi olan 6 pasiyent üzərində sınaqdan keçirilib. Topuksalın açıqlamasına görə, yuxu testlərinin müqayisəsi zamanı təxminən 90 faiz müsbət nəticə qeydə alınıb.
Araşdırmanın nəticələri 2026-cı ilin mayında beynəlxalq elmi jurnalda dərc edilərək tibbi ədəbiyyata daxil olub.
Topuksal bildirib ki, cihaz CPAP aparatlarının istifadəsi zamanı bəzi xəstələrin üzləşdiyi rahatlıq problemlərinə alternativ həll yaratmaq məqsədilə hazırlanıb.
Aparatla bağlı dizayn qeydiyyatı alınıb. Topuksal faydalı model müraciətindən də müsbət nəticə gözlədiklərini bildirib. (Musavat.com)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:276
Bu xəbər 01 Oktyabr 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















