“Araz Vadisi İqtisadi Zonası”da sahibkarlar 1,7 milyonluq məhsul satıb
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda investisiya portfeli 130 milyon manata yaxın olan 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən Globalinfo.az-a bildirilib ki, bu 19 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 1800-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Bu günədək sənaye parkında görülmüş işlərə sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. 200 hektar ərazini əhatə edən parkın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda hazırda 2 müəssisə fəaliyyət göstərir.
Sənaye parkında sahibkarlar tərəfindən indiyədək 1,7 milyon manatlıq məhsul satışı və xidmətlər göstərilib.
Bundan başqa, parkda hazırda 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər görülür. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.


