“Araz Vadisi İqtisadi Zonası”na yatırılan investisiyaların gələcəkdə daha da artırılacağı proqnozlaşdırılır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 16 may, AZƏRTAC
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına artıq 35 milyon manatdan çox investisiya yatırılıb. Cəbrayıl rayonunun ərazisində yerləşən sənaye parkı xüsusilə qeyri-neft sektorunun sürətli inkişafının tərkib hissəsidir. Hazırda burada 2 müəssisə fəaliyyət göstərir. Ümumilikdə isə 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. İqtisadçılar “Araz Vadisi İqtisadi Zonası”na qoyulan investisiyaların gələcəkdə daha da artacağını proqnozlaşdırırlar.
Sənaye parklarında fəaliyyət göstərən müəssisələr vətəndaşlara yüksək gəlirli iş yerləri təklif edəcəklər.
Qeyd edək ki, Qarabağda və Şərqi Zəngəzurda yerləşən sənaye parklarında digər regionlardan fərqli olaraq güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması və kommunal xərclərə 20 faizlik güzəştlər kimi əlavə imkanlar təqdim olunur.
Daha ətraflı AZƏRTAC-ın videomaterialında izləyə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















