Arazdəyəndən hücum ola bilərmi? Şübhəli səfərin sifrələri çözülür
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanla Ermənistan arasında sülh prosesi uzandıqca müəyyən təxribatların olması istisna edilmir. Hətt iddia olunur ki, bəzi Qərb dövlətlərinin təhriki ilə Ermənistan Azərbaycanla sərhəddə müəyyən hərbi təxribata əl atacaq.
Bu sözləri News24.az teleqraf.com-a istinadən bildiri ki, politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, baş verə biləcək təxribatda Ermənistanın bu və ya digər formada “əlinin güclü” olması üçün müxtəlif manevrlərin edilməsi də güman edilən məsələlər sırasındadır:
“ Belə ehtimallar az olsa da, erməni tərəfi hər an oyun qaydalarını dəyişə bilər. Hazırda Yaxın Şərqdə kritik vəziyyət hökm sürür. Ona görə də yeni bir münaqişə ocağı prosesləri tamam başqa istiqamətə aparacaq”.
Politoloq hesab edir ki, Cənubi Qafqazda yeni bir hərbi qarşıdurmanın yaranması daha böyük kataklizmlərə səbəb olar:
“Bu günlərdə Avropa İttifaqının Naxçıvan istiqamətində müxtəlif xarakterli təxribatlara əl atması heç də təsadüfi deyil. Ermənistanda səfərdə olan Polşa prezidenti də Arazdəyənə plansız gəlməmişdi”.
Qabil Hüseynli bildirib ki, Cənubi Qafqazda daşlar öz yerinə oturub:
“Burada daşları yerindən tərpətmək çox çətindir. Bəzi Qərb təşkilatları Azərbaycanla Ermənistan arasında yenidən hansısa qarşıdurmanın yaranmasına çalışır. Onlar İrəvanın mümkün qədər prosesdən cüzi də olsa, “üstünlüklə” ayrılması iddiasındadırlar”.
Baxış sayı:134
Bu xəbər 03 Dekabr 2024 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















