Icma.az
close
up
RU
Qərb münaqişəsi Şəqrdə çözülür

Qərb münaqişəsi Şəqrdə çözülür

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna və ABŞ diplomatları Səudiyyə Ərəbistanında görüşüblər

Dünən Səudiyyə Ərəistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü olub. ABŞ tərəfini danışıqlarda dövlət katibi Marko Rubio və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts təmsil ediblər. Ukrayna nümayəndə heyətinə xarici işlər naziri Andrey Sibiqa, Prezident Ofisinin rəhbəri Andrey Yermak və müdafiə naziri Rüstəm Umerov daxildir. Tərəflər ABŞ-ın yardımının bərpası, eləcə də Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Xatırladaq ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanında işgüzar səfərdə olub. Lakin o, danışıqlarda birbaşa iştirak etməyib. Ukraynanın dövlət başçısı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.

Yeri gəlmişkən, ABŞ-ın dövlət katibi Marko Rubio da Ciddədə olduğu zaman Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşüb. Onlar ABŞ–Səudiyyə münasibətlərini gücləndirmək yollarını müzakirə ediblər.

Qeyd edək ki, Marko Rubio Ciddəyə gedərkən təyyarədə jurnalistlərə Ukrayna rəsmiləri ilə danışıqlarla bağlı gözləntilərindən danışıb. ABŞ-ın baş diplomatı hesab edir ki, Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması son dərəcə çətin olacaq. “Düşünürəm ki, hər iki tərəf bu vəziyyətin hərbi həllinin olmadığını anlamalıdır”, – o, deyib. Rubionun sözlərinə görə, Ukraynanın rusiyalıları hər hansı bir ağlabatan müddət ərzində 2014-cü ildə olduqları yerə qaytarması çox çətin olacaq.

Xatırladaq ki, ABŞ və Ukrayna arasında danışıqların birinci mərhələsi üç həftə əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilib. Görüş ərəfəsində Ukrayna lideri ABŞ-la konstruktiv dialoqa tam sadiq olduğunu, lazımi qərarlar və addımları müzakirə edib razılığa gəlməyə ümid etdiyini bildirib.

Səudiyyə Ərəbistanına səfərindən sonra Marko Rubio martın 12-dən 14-dək “Böyük yeddilər” (G7) qrupunun xarici işlər nazirlərinin görüşü üçün Kanadanın Şarlevua şəhərinə yola düşməlidir.

Xatırladaq ki, Ciddə danışıqları ərəfəsində Rusiya və Ukrayna aviasiyaları bir-birinin ərazilərinə yüzlərlə dronla güclü hava zərbələri endiriblər. Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin yaydığı məlumata görə, dünən Moskva ətrafında və regionlar üzərində Ukraynaya məxsus 337 pilotsuz uçuş aparatı (PUA) vurulub. Ekspertlər qeyd edirlər ki, bu, 2025-ci il ərzində Ukraynanın Rusiya ərazisinə ən böyük hücum olub.

Rusiya hərbçiləri isə cəbhənin Kursk şəhəri istiqamətində hücumlarının kəsərini artırmağa çalışıblar. Mətbuata sızan məlumatlara görə, Rusiya Ordusu rəqibini xeyli sıxışdırıb. Lakin ukraynalılar isə qarşı tərəfə ciddi müqavimət göstərirlər.

Bu arada məlum olub ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ilə bağlı növbəti beynəlxalq görüşü onlayn rejimdə keçirəcək. O, virtual sammitin martın 15-də baş tutacağını bildirib.

Qeyd edək ki, martın 2-də Londonda Ukraynaya yardımla bağlı 18 dövlət və birliyin nümayəndələrinin iştirak etdiyi sammit keçirilib. Görüşdən sonra Starmer Kiyevi dəstəkləmək üçün Avropanın bir çox dövlətlərindən ibarət koalisiya yaratmağa söz verib.

Yenidən Ciddəyə qayıdaq. Dünən Bakı vaxtı ilə saat 17:00 radələrində Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak yazmışdı ki, danışıqlar kifayət qədər konstruktiv keçir”...

P.S. Dünən axşam Bakı vaxtı ilə saat 20.00 radələrində məlum oldu ki, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci mərhələsi başa çatıb. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsindəki hesabındakı paylaşımında bildirib ki, “Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar sülhün irəliləməsi üçün fürsət yaradıb”. Danışıqların ikinci mərhələsinin nə vaxt başlayacağı barədə hələlik məlumat yoxdur.

Məsaim ABDULLAYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Mart 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri