Icma.az
close
up
RU
Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında Türk Azərbaycandilli yazılarda

Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında Türk Azərbaycandilli yazılarda

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Doqquzuncu yazı                                  

Kənd həyatından bəhs edən yazılar -1960-cı illərin əhatəsi

Birinci hissə

Arçut kəndi -1960-1965-ci illərin nəşrlərinin səhifələrində

XX əsrin əvvəllərində olduğu kimi ortalarında da tarixi Pənbək mahalının  türk yaşayış məskəni olmuş Arçut kəndi Ermənistanın Azərbaycan dilində nəşr olunan mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzetinin diqqət mərkəzində olub. 

Qəzetin  1960-cı illərin birinci beşilliyində dərc olunmuş səhifələrində kəndlə bağlı  müxtəlif mövzulu yazılara    rast gəlmək mümkündür. Bu dövrün yazılarında başlıca olaraq təsərrüfat və quruculuq mövzuları, sosial sahələr,  təhsil və mədəniyyət məsələləri diqqət mərkəzində  qərarlaşmışdır. İdeoloji və siyasi məsələlər də gündəlikdə olmuşdur. Yazılar bir tərəfdən kənd sakinlərinin gördükləri işə yüksək qiymət vermiş, digər tərəfdən də çatışmazlıqların, nöqsanların aradan qaldırılmasını diqqət mərkəzində saxlamışdır. Bu baxımdan yazılar görülən işlərə müsbət qiymət verən tərifdən  və tənqidi əsaslardan ibarət olmuşdur.

Kəndlə bağlı yazılar həm ayrı başlıqda, yalnız Arçuta aild olmaqla, həm də bölgəni əhatə etməklə, dərc olunmuşdur. Bu yöndə “Sovet Ermənistanı” qəzetinin  1 iyul 1960-cı il tarixli, N130 (7605) sayında,  “Qəsəbə və kəndlər abadlaşır” başlıqlı məqalədə bu kimi fikirlər yer alırdı: “Kirovakan rayonunun qəsəbə və kəndlərində geniş abadlıq işləri aparılır. Rayonun bir çox kəndlərində, o cümlədən Arcud, Hallavar, Gözəldərə kəndlərində aparılan abadlıq işləri diqqəti cəlb edir. Kəndlər öz simasını dəyişir və daha da gözəlləşir. Yalnız keçən il kəndlərdə 350 yeni yaşayış evi tikilmişdir. Rayonun əlaqədar təşkilatları fəhlə və kolxozçuların ev tikmələri işinə hər cür yardım göstərirlər. Son zamanlara qədər Yeğeqnud, Jdanov, Arcud, Vahaqni, Lermontov kəndlərində zəhmətkeşlərin içməli suya ehtiyacı var idi. Su çatışmırdı. Kolxoz və sovxoz rəhbərləri zəhmətkeşlərin təşəbbüsü ilə həmin kəndlərə yeni su kəməri çəkmişlər. Lermontov adına sovxozda yeni tipli məktəb binası istfadəyə verilmiş, Gözəldərə kəndində olan məktəb binasının əlavə 3 sinif otağı tikilmişdir. Bu yaxınlarda Vahaqni, Həmzəçimən, Jdanov kənbdlərində yeni hamam binaları istifadəyə verilmişdir”. 

Eyni adlı qəzetin 16 avqust 1960-cı il tarixli, N163(7638) sayında S.Həsənovun imzası ilə dərc olunmuş,  “Kirovakan”,  başlıqlı yazıda qeyd olunurdu: “Arcut və Gözəldərə kənd kolxozlarının üzvləri digər mövsümi kənd təsərrüfatı işləri ilə birlikdə ot çalınını və silos basdırılmasını da sürətlə irəli aparır, bu sahədə nəzərdə tutulan təqvim planını  hər gün artıqlaması ilə yerinə yetirirlər. Gözəldərə kənd kolxozçuları 500 ton əvəzinə 600 ton silos basdırmağı qərara almışlar. Arteldə indiyədək 400 ton silos basdırılmışdır. Arcut kənd kolxozunda da yem tədarükü yaxşı təşkil olunmuşdur. Burada son beş günlükdə 150 hektar təbii biçənəyin otu çalınmışdır. Şoferlərdən Həsən Rəfiyev, Sarı Həsənov, Vəli Əliyev, arabaçılardan Vəli Ağayev, İbrahim Məmmədov və başqaları otun daşımasına dair gündəlik tapşırıqlarını xeyli əlavəsilə ödəyirlər”.

Qəzetin 27 avqust 1960-cı il tarixli, N171(7646) sayında, T.İsmayılovun imzası ilə dərc olunmuş,  “Müəllimlərin avqust konfranslarında.  Kirovakan”  başlıqlı məqalə bu kimi fikirləri əks etdirirdi: “Müəllimlərin konfransında Kirovakan rayon xalq maarif şöbəsinin müdiri M.Odabaşyan öz məruzəsində məktəbin yenidən qurulması haqqında tarixi  qanunun (Qeyd: Xalq maarifi sistemini daha da inkişaf etdirmək haqqında Qanun nəzərdə tutulur)  həyata keçirilməsi sahəsində keçən dərs ilində  görülmüş işlərə yekun vurdu və və yeni dərs ilində qarşıda duran vəzifələri ətraflı təhlil  etdi. Məruzəçi göstərdi ki, keçən dərs iilində məktəblərin pedaqoji kollektivləri öz işlərini yeni tələblər əsasında quraraq təlim-tərbiyə sahəsində yaxşı nəticələr əldə etmişlər. Rayonun Lernabad, Meğrud, Dzoragyuğ, Arcud kənd məktəblərində şagirdlərin ictimai faydalı əmək vərdişləri əldə etmələrinə, emalatxanalar, fənn kabinələri və laboratoriyaların təşkili işinə  yaxından fikir verilmiş, şagirdlərin dərs mənimsəmə faizi xeyli yüksəlmişdir. Keçən il məktəblərdə şagirdlərin özünəxidmət üsulunun tətbiq edilməsinə diqqət artırılmış, internat məktəblərdə tərbiyə işinin keyfiyyəti yaxşılaşmışdır. Məktəbyanı tədris-təcrübə tarlalarından səmərəli istifadə olunmuşdur...Məktəblərdə yeni dərs ilinə hazırlıq sahəsində xeyli iş görülmüşdür. Bütün məktəblər vaxtında təmir olunmuş, yanacaqla təchiz edilmişdir. Bu il on minlərlə manatlıq məktəb avadanlığı əldə edilmişdir. Bir sıra məktəblər nəzdində əlavə sinif otaqları tikilmişdir. Həmzəçimən, Hallavar, Arcud kənd kolxozlarının idarə heyətləri və şagird-istehsalat briqadaları təmir işlərində fəallıq göstərmişlər. Məruzə ətrafında müzakirələrdə R.Arakelyan (Darbas), M. Əliyev (Arcud) çıxış edərək məktəb pioner və komsomol təşkilatlarının işini yaxşılaşdırmaq məsələləri üzərində dayandılar. Onlar qabaqcıl məktəblərin təcrübəsinin ümumiləşdirilməsi və yayılıması haqqında danışdılar...Konfrans respublika müəllimləri qurultayına 8 nəfər nümayəndə seçdi”.           

Qəzetin 1 aprel 1961-ci il tarixli, N65 (7798) sayında, M.Əliyevin imzası ilə dərc olunmuş, “Təbliğatı daha konkret və təsirli etməli”, başlıqlı məqalədə qeyd edilirdi: “Bu günlərdə Kirovakan rayonununArcut kəndində siyasi və elmi bilikləri yayan respublika cəmiyyətinin Arcut kənd qrupunun yığıncağı oldu. Bu yığıncaqda rayonun azərbaycanlı kəndlərinin ilk partiya təşkilatı katibləri, kolxoz sədrləri, kənd Soveti sədrləri və qabaqcıl təşkilatçılar iştirak edirdilər. Siyasi və elmi bilikləri yayan cəmiyyətin Arcut kənd qrupunun rəhbəri Ə. Əliyev qrupun fəaliyyəti  haqqında məruzə etdi. O qeyd etdi ki, siyasi və elmi bilikləri yayan cəmiyyətin Arcut kənd qrupu  14  aydır fəaliyyət göstərir. Bu müddət ərzində qrupda müəyyən iş görülmüşdür. İndi bu qrupa 13 nəfər bacarıqlı, işgüzar və siyasi hazırlığı olan ziyalı və əmək adamı toplanmışdır. Bu mühazirəçilər qrupu rayonun Arcut, Gözəldərə, Heydərli, Hallavar və Aşağı Kilsə kəndlərində kolxoz kəndinin adamları üçün müxtəlif mövzularda 200-ə yaxın mühazirə oxumuşdur. Mühazirəçilər arasında Ə. Alıyev, B.Yolçuyev, İ.Qazıyev, M. İsmayılov xüsusilə fərqlənirlər. Onların geniş kütlə arasında dərin hörmət qazanmaları təsadüfi deyildir. Mühazirəçilərdən Ə. Alıyev öz yaxşı işinə görə Ermənistan SSR siyasi və elmi bilikləri yayan cəmiyyətin tərif qramotasını almışdır. Respublika cəmiyyəti Arcut kənd qrupuna bir kitabxana vermişdir. Məruzəçinin və çıxış edənlərin dediklərindən  aydın oldu  ki, qrupun işində hələ nöqsanlar da vardır. Əsas nöqsanlardan biri odur ki, bacarıqlı mühazirəçilərin işi ümumiləşdirilməmiş, kəndlərdə ali təhsilli müxtəlif ixtisasa malik olan ziyalılar bu qrupa cəlb edilməmişdir. Yığıncaq təbliğatı daha konkret və təsirli etmək məqsədilə müvafiq qərar qəbul etdi”.

Eyniadlı qəzetin 19 iyul 1961-ci il tarixli, N140(7873) sayında, Arcud kənd məktəbinin müəllimi Əli Əliyevin imzası ilə dərc edilmiş, “Məktəblilər qarğıdalı becərirlər”, başlıqlı məqalədə bu kimi fikirlərə rast gəlinirdi: “ Kirovakan rayonundakı Arcud kənd məktəbinin müəllimlər kollektivi və şagirdləri istehsalatla sıx əlaqə saxlayır, yüksək qarğıdalı məhsulu yetişdirilməsi uğrunda mübarizədə fəal iştirak edirlər. Məktəb kollektivi hələ 1959-cu ildə bu sahədə əldə etdiyi görkəmli müvəffəqiyyətlərə görə Ermənistan LKG Mərkəzi Komitəsinin keçici vımpelini qazanmış və onu əldə möhkəm saxlayır. Məktəblilər bu il 7.5 hektar sahədə qarğıdalı becərirlər. Şagird istehsalat briqadasının rəhbəri Bəxtiyar Yolçuyev yoldaş bu sahədə tərifəlayiq iş görür. O, sahələrin aqrotexnika qaydalarında becərilməsinə xüsusi diqqət yetirir. VII sinif şagirdlərindən Bəhrəm Əliyev, Bəhman Yolçuyev, VIII sinif şagirdlərindən Balaxanım Əhmədova və başqaları bitkilərin becərilməsində yüksək əmək nümunələri göstərirlər. Onlardan hər biri gündə 1200-1300 kvadratemetr qarğıdalı əkini sahəsinin alaq otunu təmizləyir. Şagird istehsalat briqadasının üzvləri qarğıdalı bitkilərini quraqlıqdan mühafizə etmək üçün öz qüvvələri ilə yeni suvarma şəbəkəsi çəkmişlər. Həyata keçirilən tədbirlər yaxşı nəticə vermişdir. 200 ton yaşıl kütlə əldə etmək haqqında qəbul edilən öhdəçiliyin əməli işə çevrilməsi üçün möhkəm əsas yaradılmıışdır”.     

Qəzetin 3 mart 1962-ci il tarixli, N44 (8030) sayında, Hallavar sakini Novruz İsmayılovun imzası ilə dərc olunan, “Yeni avtobus marşrutu” başlıqlı yazıda qeyd olunurdu: “Hallavar kəndi  Kirovakan rayonunun uzaq kəndlərindən biridir. Əvvəlləri buradan rayon mərkəzinə gedib-gəlmək  üçün heç bir nəqliyyat vasitəsi yox idi. İndi Kirovakan –Hallavar marşrutu üzrə iki avtobus işləyir. Bu, təkcə bizim kəndin deyil, həm də Aşağı Kilsə, Lernabad, Arcud və başqa kəndlərin əhalisini artıq dərəcədə sevindirir”.

Qəzetin 19 yanvar 1963-cü il tarixli, N 13(8253) sayında, A.Ələsgərovun imzası ilə işıq üzü görmüş, “Yenə klub məsələsi” başlıqlı məqalədə bu kimi fikirlərə rast gəlinirdi: “Kirovakan Məhəlli Kolxoz-Sovxoz İstehsalat İdarəsinin Arçud kəndindəki klub öz  xarici görünüşü ilə diqqəti cəlb edir. Lakin içəridə oturmaq üçün heç bir şərait yoxdur. Buna görə də kolxozçular kluba gəlmək istəmirlər. Klub binasının döşəməsinə yarıyadık taxta əvəzinə beton tökülmüşdür, qalan hissəsində isə döşəmə çürüyüb torpağa qarışmışdır. Klub yalnız iki il bundan  əvvəl təmir edilmiş və bunun üçün cəmi 100 manat məbləğində pul sərf edilmişdir ki, bu da ancaq klubun divarlarını suvamağa bəs etmişdir. Kəndin kitabxanası ilə klubu bir binada yerləşmişdir. Bir bina üçün iki texniki işçi saxlanılmasına baxmayaraq həmişə klub binasının bir hissəsi süpürülüb təmizlənir, digər hissəsi isə təmizlənməmiş qalır. Kitabxana müdiri H. Məmmədovdan kitab istədikdə o, üşüdüyündən şikayətlənib kitab verməkdən imtina edir, kənddə mədəni xidmətin yaxşılaşdırılmasına heç kim fikir vermədiyi üçün redaksiyaya müraciət etməli olduq”.

Eyniadlı qəzetin 7 noyabr 1964-cü il tarixli, N132 (8546) nömrəli sayında , S.Bayramovun imzası ilə dərc olunan, “Süd istehsalını artırırlar”, başlıqlı məqalədə qeyd olunurdu: “Spitak istehsalat idarəsinin Arcud kəndindədki 26 komissar adına kolxozun heyvandarları sosializm yarışına qoşularaq yüksək əmək qələbələri qazanırlar. Onlar dövlətə süd satışına dair 10 aylıq tapşırıqlarını vaxtından 15 gün əvvəl yerinə yetirmişlər. Süd istehsalının artırılmasında sağıcılardan Balaxanım Alıyeva, Piruzə İsmayılova, Fatma Mansırova, Gülüstan Məşədiyeva, Qiyafət Alıyeva xüsusilə fərqlənirlər. Onlar bəslədikləri inəklərin hər birindən indiyədək  plandan əlavə 150 kiloqram çox süd sağmışlar. Arteldə mal-qaranın qışda tox bəslənilməsi üçün də hazırlıq işləri görülmüş, 500 ton ot, 400 ton bəlim, 350 ton silos, xeyli miqdarda yem çuğunduru tədarük edilmilşdir. Komların və tövlələrin təmiri başa çatdırılmışdır”.

Qeyd: Arçut kəndi Kirovakan rayonunun tərkibində olmuşdur. 1964-cü ildə bir müddət qonşu Spitak rayonuun tərkibinə qatılmışdır. 1964-cü ildə Quqark rayonu Kirovakandan ayrılmşdır. Bu baxımdan “Sovet Ermənistanı” qəzetinin 29 dekabr 1964-cü il tarixli, N154(8568) sayında (Ermən.T.A)-nın məlumatı dərc olunmuşdur. Məlumatda qeyd olunurdu: “Kirovakan, 28 dekabr (Ermən.T.A). Bu gün Ermənistan SSR-də yeni yaradılmış Quqark Rayon  Zəhmətkeş Deputatları Sovetinin birinci sessiyası olmuşdur. Sessiya təşkilat məsələsini müzakirə etmişdir. K.Y.Yeqanyan rayon Soveti icraiyyə komitəsinin sədri seçilmidir”.

Qəzet özünün 3 iyul 1965-ci tarixli, N79(8648) sayında, Arcut kəndinin sakini  B.Alıyevin, “Meydança lazımdır”,  başlıqlı  yazısını dərc etmişdir. Yazıda qeyd olunurdu: “Arcud (Quqark rayonu) kəndində çoxlu idman həvəskarı vardır. Kəndin gəncləri xüsusən futbol, voleybol oynamağı çox sevir, başqa kəndlərin futbolçuları ilə görüşlər təşkil edirlər. Buna baxmayaraq burada idman meydançası təşkil etmək üçün kolxozumuzun idarə heyəti heç bir təşəbbüs göstərmir”

Qəzetin 4 dekabr 1965-ci il tarixli, N 145(8714) sayında,   “Ermənistan SSR-də yaşayan çoxuşaqlı analara “Qəhrəman ana” fəxri adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 noyabr 1965-ci il tarixli fərmanının mətnini dərc etmişdir. Fəxri adların verilməsi üçün tərtib olumuş siyahıda Arcud kənd sakini evdar qadın Həsənova Həcər İbrahim qızının da adı qeyd olunmuşdur”.

 Elşən Nəsibov (Elşən Ardıc)

Siyasətşünas-alim, yazıçı-publisist. “ARDIC” Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü

12 sentyabr  2025

Bakıvaxtı.az üçün

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Sentyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see490

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see366

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see339

Etirazçılar magistral yolları bağlayıblar, onlarla saxlanılan var

10 Sentyabr 2025 22:31see166

Ən varlı amerikalılar onlardır Siyahı açıqlandı

10 Sentyabr 2025 22:34see160

Hesablama Palatası: Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır

10 Sentyabr 2025 17:13see140

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see139

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see137

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see136

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see134

Makron istefa ver! deyən yüzlərlə fransız həbs edildi

10 Sentyabr 2025 17:12see132

Yeni telefon modelləri Azərbaycanda təxminən neçə manata satışa çıxacaq?

11 Sentyabr 2025 16:00see131

Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz...

11 Sentyabr 2025 00:02see131

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see130

Astronomlardan maraqlı kəşf: Kosmosda ulduzu yeyən müəmmalı obyekt aşkar edildi

11 Sentyabr 2025 03:16see128

Tökülən dişləri yenidən çıxardan dərman hazırlanıb

11 Sentyabr 2025 06:07see121

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see120

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see117

Dollar və manatın məzənnəsi: vacib qərar verildi, bundan sonra...

11 Sentyabr 2025 08:02see116

Puqaçova: Vətənim məni satdı

11 Sentyabr 2025 01:17see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri