Arda Güler rekord qırdı
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, Joze Mourinyonun rəhbərlik etdiyi “Real Madrid”də çıxış edən Arda Gülər mövsümə inamlı start verib. Milli futbolçu “Espanyol”la səfər oyununda məhsuldar ötürmə ilə yadda qalıb, “Real Sosyedad”a qarşı görüşdə isə yaxşı oyun nümayiş etdirib.
İspaniyanın “Defensa Central” nəşrinin məlumatına görə, Arda Avropanın beş böyük liqasında ilk iki tur ərzində ən çox qol vəziyyəti yaradan futbolçu olub. Türkiyəli yarımmüdafiəçi ümumilikdə 12 qol vəziyyəti yaradaraq əla formada olduğunu göstərib.
Nəşr Ardanın əsas üstünlüklərindən birinin mövqe dəyişkənliyi olduğunu vurğulayıb.
“Ardanın üstünlük verdiyi hücumameyilli yarımmüdafiəçi mövqeyindən xeyli uzaqda olsa da, o, şübhəsiz ki, əsas heyətdə yer alıb. Türkiyəli futbolçu sağ cinahı ələ keçirib”, deyə materialda qeyd olunub.
Bununla belə, “Real Madrid” tarixinin ən bahalı transferi olan Yan Diomandenin zaman keçdikcə həmin mövqeni tutacağı ehtimal edilir.
Bu səbəbdən Arda Gülər mövsümöncəsi hazırlıq oyunlarında komandanın ən diqqətçəkən futbolçularından biri olduqdan və yeni mövsümdə yüksəlişini davam etdirdikdən sonra paradoksal olaraq oyun praktikasında və rolunda geriləmə ilə üzləşə bilər.
Hazırkı göstəricilər isə Ardanın mövsümün ilk iki turunda Avropanın ən məhsuldar qol vəziyyəti yaradan futbolçusu olduğunu göstərir.(publika)
Baxış sayı:67
Bu xəbər 28 Avqust 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















