Arda Turan bu emosional hərəkətinə görə meydandan qovuldu Video
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Türkiyə Superliqasının 17-ci turunun “Eyüpspor” - “Fənərbaxça” matçında gərgin anlar yaşanıb.
QOL.az xəbər verir ki, birinci hissənin uzatma dəqiqəsində, “Fənərbaxça”nın 45+4-cü dəqiqədə vurduğu cavab qolundan sonra meydan sahibi komandanın baş məşqçisi Arda Turan hakimə sərt şəkildə etiraz edib.
Onun fikrincə, qoldan əvvəl “Fənərbaxça”lı Caner Erkin qayda pozuntusuna yol verib, amma hakim bunu qeydə almayıb.
O, referiyə etiraz etdikdən sonra qırmızı vərəqə alaraq texniki zonadan qovulub. 37 yaşlı məşqçi matçı tribunadakı lojadan izləyib. Bu zaman onun siqaret çəkməsi diqqətdən qaçmayıb.
Görüş isə 1:1 hesabı ilə yekunlaşıb.

Arda Turan Fənərbaxça ilə oyundakı hərəkətinə görə cəzalandırıldı Video
27 Dekabr 2024 15:34
Arda Turan yenə məsafədə VİDEO
14 Avqust 2025 02:15
Arda Turan hakimə hücum etdi Video
15 Avqust 2025 12:35
Arda Turan cəzalandırıldı
27 Dekabr 2024 15:30
Aybukə Pusat bu hərəkətinə görə serialdan qovuldu
02 Aprel 2025 16:40

