Bu hərəkətinə görə işdən QOVULDU VİDEO
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sosial şəbəkələrdə yayılan maraqlı görüntü geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, kadrlarda restoranda müştərilərə xidmət göstərən ofisiantın qeyri-adi nəqliyyat vasitəsi ilə hərəkət etdiyi görünür. Təkərli ayaqqabılarla servis etməyə çalışan restoran işçisinin tarazlığı itirməsi isə xoşagəlməz hadisə ilə nəticələnib.
Görüntülərdə ofisiantın qəfil müvazinətini itirərək yerə yıxıldığı, əlində daşıdığı yeməklərin isə ətrafa səpələndiyi əks olunub. Bir neçə saniyə ərzində bütün sifarişlərin yararsız hala düşməsi həm restorandakı müştərilərin, həm də sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
İddialara görə, hadisədən sonra restoran rəhbərliyi əməkdaşla bağlı sərt qərar verib və o, işindən uzaqlaşdırılıb.
Qısa müddətdə minlərlə baxış toplayan video fərqli reaksiyalar doğurub. Bəziləri hadisəyə gülməli yanaşsa da, digərləri ofisiantın bədbəxt hadisənin qurbanı olduğunu və ona dəstək göstərilməsinin daha doğru olacağını bildiriblər.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 İyun 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















