Arda Turanın həyat yoldaşı: Münasibətdə dava etmək lazımdır
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyəli baş məşqçi Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan açıqlamaları ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o tanınmış şəxslə eşq yaşamağın çətin tərəflərindən danışıb.
Aslıhan Doğan Turan bildirib ki, Arda məşhur insan olduğu üçün onun evlənmək haqqında çox götür-qoy edib:
"O vaxtlar Ardaya dəfələrlə "yox" dedim. İctimaiyyətin gözü qarşısında kiminləsə birlikdə olmaq çətindir, ona görə də bir neçə il Arda ilə bu yola girməmək üçün mübarizə apardım. Özümə sual verirdim ki, dözə bilərəmmi? Arda qapıma gəlirdi, mən isə qapını açmırdım. Binanın təhlükəsizlik xidmətinə zəng edib "Arda içəri girə bilməz" deyirdim. Bunlar münasibətimizin ən dadı duzu idi. Bunlar olmasaydı, bəlkə də münasibətimiz evliliyə qədər gəlib çıxmazdı. Həddindən artıq sakitlik yaxşı deyil; bəzən münasibətdə dava etmək lazımdır".
Qeyd edək ki, Arda ilə Aslıhan Doğan Turan 2018-ci ildə ailə qurub. Onların Hamza Arda və Asil Aslan adlı iki övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 05 Noyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















