Icma.az
close
up
RU
Arda Turanın “Şaxtyor”u Yunanıstanda sərfəli nəticə qazandı Razı qalmadığı nə oldu?

Arda Turanın “Şaxtyor”u Yunanıstanda sərfəli nəticə qazandı Razı qalmadığı nə oldu?

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli mütəxəssis Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” Avropa Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib.

QOL.az xəbər verir ki, Ukrayna təmsilçisi Yunanıstanda “Panatinaikos”la qarşılaşıb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatlb.

Qeyd edək ki, bu, Arda Turanın rəhbərliyi altında Donetsk klubunun Avroliqada 5-ci matçı olub. Yarışda artıq 2 mərhələ adlamağı bacaran “Şaxtyor” 5 matçdan heç birində uduzmayıb: 3 qələbə, 2 heç-heçə.

“Panatinaikos”la oyundan sonra keçirilən mətbuat konfransında Arda Turan nəticədən razı qalmadığını söyləyib:

“Əlbəttə, hesabdan razı deyiləm, amma oyundan razıyam. Oyuna sadə top itkiləri ilə başladıq, lakin sonra topa nəzarəti ələ aldıq və dominant oynadıq. Rəqibimiz “Panatinaikos”un strategiyasına hörmətlə yanaşırıq. Bilirdik ki, onlar standart vəziyyətlərdə və müdafiədən hücuma keçidlərdə effektiv olacaqlar. Oyun zamanı belə epizodlar həqiqətən oldu. İkinci hissədə isə artıq görmək istədiyimiz futbol ortaya çıxdı. Topa və oyunun gedişinə nəzarət etdik”. 

Arda Turan həmçinin deyib: “Panatinaikos” kimi rəqibə qarşı oynayanda epizodlarda düzgün hərəkət etmək vacibdir. Mənim fikrimcə, bu baxımdan bir neçə səhv etdik. Ümumilikdə oyunumuzun inkişafından razıyam, amma cərimə meydanına çatanda qol vurmaq istəyimiz daha güclü olmalıdır, bunu hiss etməliyik. Çünki belə oyun bunu tələb edir. Bəzən, ola bilsin, cərimə meydanında çox sakit davranırdıq, halbuki topu final mərhələsinə qədər çatdırmağın dəyərini anlamalıyıq. Bəlkə bunun üçün xüsusi taktika yoxdur, amma biz bunun üzərində düşünəcəyik. Çalışacağıq.

Futbolçularımın oyunundan razıyam. Hər üç gündən bir oynamaq və bütün bu səfərləri etmək asan deyil. Bizim baxışımız bir komanda, bir ailə olmaqdır. Və bu yolla davam edəcəyik. Oyunçularımla qürur duyuram”.

Qeyd edək ki, “Şaxtyor”la “Panatinaikos” arasında cavab oyunu avqustun 14-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 Avqust 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri