Ardanın klubu 3 dəqiqədə 2 qol vurdu, ikinciliyə yüksəldi
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
UEFA Konfrans Liqasının 5-ci turunda Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor Donetsk” Maltada keçirilən qarşılaşmada “Hamrun”u 2:0 hesabı ilə məğlub edərək, qrupdakı mövqeyini möhkəmləndirib.
“Qafqazinfo” xəbər verir ki, klub cəmi üç dəqiqə ərzində vurulan qollarla mühüm qələbəyə imza atıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib.
Oyunda hesabı 61-ci dəqiqədə Luka Meyrelles açıb. Cəmi üç dəqiqə sonra - 64-cü dəqiqədə İsak fərqlənərək, komandasının üstünlüyünü artırıb.
Bu qələbə “Şaxtyor Donetsk”in xalını 12-yə yüksəldib və komanda qrupda ikinci pillədə qərarlaşıb. “Hamrun” isə 3 xalla sonuncu yerdədir.
Arda Turanın komandası Konfrans Liqasının son turunda öz meydanında “Rijeka”nı qəbul edəcək. “Hamrun” isə səfərdə “Şemrok Rovers”lə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 12 Dekabr 2025 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















