Icma.az
close
up
RU
Ardanın ulduzu parladı, Real yarımfinala yüksəldi

Ardanın ulduzu parladı, Real yarımfinala yüksəldi

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Klublararası Dünya Çempionatında bütün yarımfinalçılar bəllidi.

"Football-plus.az" xəbər verir ki, 1/4 finalın ikinci oyun günü PSJ-nin ''Bavariya'' üzərində 2:0 hesablı inamlı qələbəsi ilə start götürdü. Münhen nəhəngi tək yarımfinala yüksəlmək şansını yox, həm də Camal Musialanı itirdi. İlk yarının son anlarında qapıçı Donnarumma ilə toqquşan gənc ulduzun ayağı çox pis şəkildə qırıldı.
Günün digər matçında isə ''Real'' çətinliklə də, olsa, Dortmund ''Borussiya''sını yenməyi bacardı. Uzun müddət inamlı təsir bağışlayan Madrid nəhəngi son anlarda rəqibə intriqanı bərpa etməyə imkan verdi. Mbappenin gözəl qolu və Kurtuanın son saniyələrdəki mükəmməl seyvi olmasaydı, ''Real'' üçün hər şey çox acınacaqlı şəkildə bitə bilərdi.
Hesabı açan gənc forvard Qonsalo Qarsiya yenə diqqət çəkməyi bacardı. O, cari turnirdə keçirdiyi 5 matçın hər birində ən azı bir qolun vurulmasında yaxından iştirak edən yeganə futbolçudu. Qarsiya 4 qolla ''Borussiya''lı Seru Girassi ilə birlikdə bombardirlər yarışına başçılıq edir. Amma dortmundlular üçün artıq turnir başa çatıb.
Xabi Alonsonun gəlişi ilə daha çox şans qazanmağa başlayan Arda Gülər isə oyunu ilə həm məşqçilər korpusunu, həm də fanatları sevindirməkdə davam edir. Gənc türkiyəli ulduz aktivinə iki məhsuldar ötürmə yazaraq matçın ən parlaq isimlərindən biri oldu. Alonso oyundan sonra Ardanın performansını dəyərləndirərkən bunları dedi:

''Arda ilk yarıda lazım olduqda müdafiəçilərin yanına çəkilərək və Bellingem ilə bağlantı quraraq bizə çox yardım etdi. Rəqibin cərimə meydançasına yaxın bölgələrdə çox təhlükəli futbolçudu. İki məhsuldar ötürməsindən başqa bir neçə təhlükəli zərbələri oldu. Daim oyunun içində idi. Hamımız ona yardım etməliyik. Matçdan öncə də söyləmişdim ki, Ardanın hələ öyrənməli olduğu çox şey olacaq. Ancaq oynaya-oynaya tədricən bütün çatışmazlıqlarını aradan qaldıracaq''.


Beləliklə, tarixdə ilk dəfə 32 komandanın iştirakı ilə keçirilən KDÇ-nin yarımfinalına 3 Avropa və bir Cənubi Amerika təmsilçisi yüksəlib.
Yarımfinalda ''Çelsi'' ''Fluminense'' ilə, Çempionlar Liqasının son qalibi statusunda olan PSJ isə ''Real'' ilə qarşılaşacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyul 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri