Icma.az
close
up
RU
“ARDIC” Hərəkatından bəhs edən kitab nəşr olunub FOTOLAR

“ARDIC” Hərəkatından bəhs edən kitab nəşr olunub FOTOLAR

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Siyasətşünas-alim, yazıçı-publisist Elşən Nəsibovun (Elşən Ardıcın) “Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında-Azərbaycandilli yazılarda. Kənd həyatından bəhs edən yazılar: 1960-1980-ci illərin əhatəsi. İkinci kitab”, - başlıqlı kitabı çapdan çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, kitab  “ARDIC” Hərəkatının təqdimatıdır. 

Kitabda “Sovet Ermənistanı” qəzetində,  qeyd edilən dövrdə kənd haqqında dərc olunmuş məqalələrin məcmusu toplanmış və yazılara müəllif tərəfindən şərh verilmişdir. Kitab iki bölmədən ibarətdir: birinci bölmədə qəzet məqalələrinin mətni verilmiş, ikinci bölmədə isə məqalələrin orijinal mətnlərinin qəzetlərdən götürlümüş şəkillərinin surətləri əks olunmuşdur. 

Kitabın mövzusu bunlardan ibarətdir. Belə ki, məqalələrdə qeyd olunduğu kimi,  Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının, Yaqublu (Quqark) rayonunun Arçut kəndi XX əsrin ortalarında və 70-80-ci illərində tərəqqi, çiçəklənmə dövrünü yaşamış, inkişaf mərhələsinə qədəm qoymuşdur. Kənd təsərrüfatında əsaslı dönüş yaranmış, kolxoz sovxozla əvəz edilmiş, kənddə infrastruktur yaradılmış, kəndin elektriklə, telefonla təmin edilməsi həyata keçirilmişdir. Bu qədim yaşayış məskənində poçt və rabitə xidmətləri yaxşılaşdırılmış, şəhərlə əlaqədə avtobus nəqliyyatının əhəmiyyəti artmış, yeni mədəniyyət klubu fəaliyyətə başlamışdır. Yeni və müasir tələblərə cavab verən məktəb binası inşa olunmuş, məktəblərdə mədəniyyət dərnəklərinin fəaliyyəti gücləndirilmişdir. Mədəni tədbirlər geniş vüsət almışdır.  Təsərrüfatlarda mexanizmlərin tətbiqi üsulları genişləndirilmişdir. Qeyd edilən dövrdə yaşayış  evlərinin, təsərrüfatların sayı artmış, yeni-yeni ailələr formalaşmışdır. Əməkdə fərqlənməyə görə kənd sakinləri orden və medallarla təltif edilmişdir. Bu və digər proseslər mətbuat səhifələrində geniş işıqlandırılmışdır. 

Arçut (Ardıc) kəndi 1960-1988-ci illərdə şərəfli və ləyaqətli bir yol keçib. Kənd sakinləri otuz ilə yaxın olan bir müddətdə zəngin irs yarada biliblər. Ötən müddət ərzində kənddə xeyli sayda əlamətdar hadisələr yaşanıb. Ümumiyyətlə,  qeyd etmək yerinə düşər ki, Sovet Ermənistanının  1929-1988-ci illəri  əhatə edən dövrü ölkənin qızıl dövrü kimi xassələnə bilər. Sovet hökuməti Ermənistana, o cümlədən orada yaşamış azərbaycanlılara tərəqqi, çiçəklənmə, rifah, inteqrasiya, inkişaf, sağlamlıq, hörmət, diqqət və qayğı, nüfuz və sadalamaqla bitməyən dəyərlər bəxş etmişdir. 

Kitabda 1960-1980-ci illərdə Arçut kəndində hansı sahələrin inkişaf etməsi araşdırma obyekti olmuşdur. Sahələrin inkişafı bir-birini şərtləndirmişdir. 1929-1959-cu illəri əhatə edən eyniadlı kitabın birinci hissəsinin davamı olaraq sahələrin xüsusiyyətləri də periodik olaraq araşdırma obyektinə cəlb edilmişdir.

Kəndin sürətlə böyüməsinin əsasları diqqət mərkəzində olmuşdur. Sahələrin bir-birini zəncirvari qaydada şərtləndirməsi və sahəvi, eləcə də ümumi inkişafın tendensiyalarının formalaşma əsasları araşdırma məqsədinə çevrilmişdir. Tezislər, mətn başlıqları 1960-cı ildən başlayaraq 1988-ci ilə qədər  hər beşilliyi nəzərdə tutmuş və nəticə etibarilə mövzunun əsasları formalaşdırılmışdır. 

Kitab Qərbi Azərbaycanlılar, o cümlədən bölgə ilə maraqlanan bütün oxucular, tədqiqatçılar üçün maraqlı ola bilər.

Onu da qeyd etmək yerinə düşər ki, kitab 1970-1980-ci illərdə Arçutun təsərrüfat, mədəni, sosial  və siyasi həyatını  “Sovet Ermənistanı” qəzetində öz yazıları ilə ardıcıl qaydada işıqlandırmış, ziyalı, müəllim, jurnalist arçutlu mərhum Şura Dilbazovun əziz xatirəsinə ithaf olunub. 

Qeyd edək ki, kitabda E.Nəsibovun Bakıvaxtı.az saytında dərc olunmuş məqalələrindən istifadə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Fevral 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri