Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Karapetyanın yeni hərəkatından “keçmişin qoxusu” gəlir

Karapetyanın yeni hərəkatından “keçmişin qoxusu” gəlir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son aylarda Ermənistanda siyasi aktivlik nəzərəçarpacaq dərəcədə artıb. Gələn ilin iyununda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca həm iqtidar, həm də müxalifət düşərgəsində hərəkətlilik güclənir. Müxtəlif partiyalar və ictimai birliklər yeni ittifaqlar qurmaq, elektorat bazası arasında mövqelərini möhkəmləndirmək üçün addımlar atırlar. Hakimiyyət isə dövlət və cəmiyyət həyatının bütün sahələrində islahatlar və sülh gündəmini önə çıxarmaqla rəqiblərinə qarşı üstünlük əldə etməyə çalışır. Bütün bunlar Ermənistanda qarşıdakı dövrdə daha gərgin və rəqabətli siyasi mübarizənin olacağından xəbər verir.

Hazırda istintaq təcridxanasında saxlanılan erməni əsilli rusiyalı iş adamı, “Taşir” şirkətlər qrupunun (mənzil-qərargahı Moskvada yerləşir) rəhbəri Samvel Karapetyanın təşəbbüsü ilə avqustun 29-da “Öz yolumuzla” (ermənicə “Mer dzevov”) adlı hərəkatın yaradılmasına da bu kontekstdə baxmaq lazımdır. Hərəkatın əsas prinsiplərini də təqdimat mərasimində müraciəti oxunan S.Karapetyan formalaşdırıb. “Bu təşəbbüs aydın ideyalar ətrafında formalaşıb və Ermənistan üçün böyük proqramlara malikdir. Təşəbbüs iqtisadiyyatı inkişaf etdirmək, biznes və zənginləşmək üçün real imkanlar yaratmaq, ailə və milli dəyərləri möhkəmləndirmək, Ermənistanın etibarlı tərəfdaş kimi reputasiyasını bərpa etmək, “Artsax xalqı”nın ləyaqətli həyat hüquqlarını təmin etmək, təhsil sistemini inkişaf etdirməklə gənclərin gələcəyə inamını qaytarmaq, müqəddəs kilsəmizi qorumaq və müdafiə etmək məqsədi daşıyır”, – deyə Karapetyanın müraciətində bildirilib. Onun sözlərinə görə, “Öz yolumuzla” hərəkatı bu gün Ermənistanda hər kəsin ehtiyac duyduğu yeni siyasi qüvvənin formalaşacağı bünövrəyə çevriləcək.

Təqdimat mərasimində “Taşir” şirkətlər qrupunun vitse-prezidenti, hərəkatın Koordinasiya Şurasının sədri Narek Karapetyan deyib: “Biz elə bir məqama çatmışıq ki, xalqın gözləntiləri özünü doğrultmur. Hər tərəfə nifrət və qarşıdurma səpilir”.

O xatırladıb ki, əvvəllər Ermənistan sakinlərinə “qürurlu vətəndaşlar” deyirdilər, indi isə onlar əmindirlər ki, daim güzəştə getmək lazımdır, çünki başqa yol yoxdur: “Amma biz öz yolumuzla bunu edəcəyik. Bu gün biz hərəkatın təsis edildiyini elan edirik. Hərəkat siyasiləşdirilməyib, amma bu o demək deyil ki, partiya yaradılmayacaq. Bu, yalnız ilk addımdır. İkinci mərhələdə proqramlarımızı təqdim edəcəyik”.

O, ikinci mərhələdə siyasi partiyanın yaradılacağının anonsunu verib. Partiyanın 2026-cı il seçki proseslərində iştirak edəcəyini bildirib: “Beş istiqamət üzrə beş işçi qrupu yaradılacaq. Əsas diqqət yeni iqtisadiyyata yönələcək: hamı üçün iş və rifah. Şərti olaraq “Böyük erməni ailəsi” adlanacaq ikinci istiqamət gənc ailələrə, xüsusən də mənzil və təhsil məsələlərində yardım göstərəcək. Üçüncü istiqamət xarici siyasət, yeni baxışın formalaşması, dördüncü istiqamət istedadlı erməni gənclərin layiqli təhsilini və peşəkar inkişafını təmin etmək olacaq. Beşinci qrup Erməni Apostol Kilsəsinin və milli dəyərlərin qorunması ilə məşğul olacaq”.

Qeyd edək ki, S.Karapetyanın siyasi fəaliyyətlə məşğul olmaq, o cümlədən parlament seçkilərinə qatılmaq planlarına bir müddət əvvəl baş nazir Nikol Paşinyan da münasibətini açıqlamışdı. İyulun 16-da İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistan hökumətinin başçısı vurğulamışdı ki, iş adamı Rusiyada yaşayıb. Bu isə o deməkdir ki, Karapetyan deputat və ya baş nazirliyə namizəd ola bilməz: “Təbii ki, hər kəsin siyasi fəaliyyətlə məşğul olmaq hüququ var və Ermənistanda da belədir. Lakin konkret bu halda qanunla bağlı problem yaranıb. Ermənistanda siyasi fəaliyyətlə məşğul olmaq istəyən şəxslər ikinci vətəndaşlıqdan imtina etməlidirlər. Samvel Karapetyan eyni vaxtda üç ölkənin vətəndaşlığına malikdir. İnsan Ermənistanda necə siyasi fəaliyyətlə məşğul ola bilər ki, o, deputatlığa, baş nazirliyə namizəd ola bilmir. Qoy o, əvvəlcə başqa ölkənin vətəndaşlığından imtina etsin, sonra gəlib burada istədiyi qədər siyasi fəaliyyətlə məşğul olsun”.

Paşinyan ironiya ilə demişdi ki, “ciblərində altı pasportla Ermənistanı xilas etmək üçün gələnlər” yanıldıqlarını anlamalıdırlar.

Biznesmenin qardaşı oğlu Narek isə bu iddiaları rədd edib və S.Karapetyanın Ermənistan vətəndaşı olduğunu bildirib. Əlavə edib ki, bütün digər vətəndaşlar kimi əmisi də seçkilərdə iştirak etmək hüququna malikdir.

Erməni xalqının qorxulu yuxusu – keçmiş hakimiyyət nümayəndələrinin yeni partiya vasitəsilə mümkün qayıdışına gəlincə, Karapetyan qeyd edib ki, Ermənistanda hərəkatın ideyalarını əks etdirən partiya olsaydı, ona qoşulardılar: “Ancaq belə bir siyasi qüvvə yoxdur. Eyni zamanda biz əvvəlki hakimiyyət dövründə hökumətdə çalışsalar belə, peşəkarlarla əməkdaşlığı istisna etmirik.

***

Hazırda başqa ölkələrin vətəndaşı olduğu üçün onların qarşısında hüquqi öhdəliklər daşıyan, özü də istintaq təcridxanasında saxlanılan bir iş adamının Ermənistan üçün “yeni yol” təklif etməsi ilk baxışdan paradoksal görünür. Çünki ölkənin siyasi sistemində iştirak etmək istəyən şəxsin həm hüquqi statusu, həm də şəxsi nüfuzu legitimlik baxımından ciddi suallar doğurur. Karapetyanın müraciətində səsləndirilən ideyalar, yəni iqtisadi inkişaf, ailə institutunun möhkəmləndirilməsi, kilsənin qorunması və “Artsax xalqı”nın hüquqları daha çox pafoslu şüar xarakteri daşıyır və real mexanizmlərlə müşayiət olunmur. Əslində, təqdim edilən proqramın konturlarına baxdıqda, hərəkatın məqsədinin daha çox müəyyən sosial və emosional qrupların rəğbətini qazanmaq olduğu görünür. Xüsusilə “Böyük erməni ailəsi” adı altında ailə və gənclərə dəstək vədləri, yaxud kilsənin qorunması barədə çağırışlar cəmiyyətin ən həssas mövzularına toxunaraq populyar dəstək qazanmaq niyyətini açıq göstərir. Lakin bu vədlərin reallaşdırılması üçün nə maliyyə mənbəyi, nə də siyasi imkanlara malik olduqlarını sübut edə bilirlər. Karapetyanın Rusiya ilə iqtisadi bağları və çoxşaxəli biznes maraqları da onun Ermənistan cəmiyyətinin real ehtiyaclarını deyil, daha çox şəxsi və korporativ maraqlarını önə çəkdiyini göstərir.

Hərəkatın praktiki lideri kimi çıxış edən N.Karapetyanın sözləri isə vəziyyəti daha aydın göstərir. Onun çıxışında xalqın gözləntilərinin doğrulmadığı və nifrət mühitinin hökm sürdüyü kimi ifadələr səslənsə də bunlar konkret təhlildən çox emosional ittihamlara bənzəyir. Əslində, Ermənistanda ictimai narazılıqların olması faktdır, amma bu narazılıqların səbəbini hökumətdən çox, reallığı qəbul etməyən keçmiş klanlara bağlı dairələrdə axtarmaq lazımdır. Narek “hərəkat siyasiləşdirilməyib” deyərək, sanki onu neytral və cəmiyyətə yaxın təşəbbüs kimi göstərmək istəyir. Halbuki eyni çıxışda partiya qurmaq və seçkilərdə iştirak etmək niyyətini açıq şəkildə bəyan edir. Bu isə siyasi ambisiyaları gizlədə bilməməkdir.

Baş nazir Paşinyanın bu məsələ ilə bağlı mövqeyi əhəmiyyətli məqamdır. O, Karapetyanın çoxsaylı vətəndaşlıqları ilə bağlı məsələyə toxunaraq, əslində, hüquqi çərçivəni ortaya qoyub: bir şəxsin eyni vaxtda üç ölkənin vətəndaşı olması onu Ermənistanın ali vəzifələrinə namizədlikdən kənarda qoyur. Bu, sadəcə hüquqi məhdudiyyət deyil, həm də siyasi məsuliyyət məsələsidir. Çünki ölkənin taleyini həll etməyə iddialı bir şəxsin başqa dövlətlərlə bu qədər güclü hüquqi bağlarının olması ciddi suallar doğurur.

Beləliklə, “Öz yolumuzla” hərəkatı, əslində, Ermənistan siyasətində real alternativ deyil, köhnə üslubun yeni dekorasiyalarla təqdim olunmuş variantıdır. Samvel və Narek Karapetyanların açıqlamaları da göstərir ki, burada əsas məqsəd erməni xalqının rifahı deyil, siyasi hakimiyyət uğrunda yarışa qoşulmaqdır. Ermənistan cəmiyyətinin qarşısında duran problemlər isə daha ciddi və fundamental həll yolları tələb edir. Karapetyanların təşəbbüsü bu tələblərə cavab vermədiyi üçün böyük ehtimalla, növbəti seçki prosesində də cəmiyyətin gözləntilərini doğrultmayacaq.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Avqust 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri