ARDNF in gəlirləri bu ilin ilk rübündə 3,2 mlrd. manata yaxınlaşıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı ilin əvvəlinə 73 541,5 milyon ABŞ dolları (125 020,5 milyon manat), 2026-cı il mart ayının 31-nə isə 73 515,9 milyon ABŞ dolları (124 976,9 milyon manat) təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Fonddan bildirilib.
2026-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin ümumi gəlirləri 3 180,0 milyon manat təşkil edib. Sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 1 803,1 milyon manat olub.
Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 1 mlrd. 376,8 milyon manat təşkil etmiş, o cümlədən qızıl qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən yaranan büdcədənkənar gəlirlər 2 117,9 milyon manat olub. Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsi fonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmində azalma qeydə alınıb. Büdcə xərcləri hesabat dövrü üzrə 3 223,5 milyon manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 23 Aprel 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















