Argentina hakimiyyəti Netflix in aktyoru ilə bahalı pirojki üstündə mübahisə edir
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Argentina Prezidenti Xavyer Miley və iqtisadiyyat naziri Luis Kaputo "Netflix"də məşhurlaşan aktyor Rikardo Darinin ölkədə əsas ərzaq məhsullarının yüksək qiymətləri ilə bağlı fikirlərini tənqid ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat verib.
Darin əvvəllər bir düjün (12 ədəd) empanada (pirojki) üçün 42 dollar ödədiyini bildirib və Mileyin dollar xərclərini təşviq etməyə yönəlmiş son vergi tədbirlərini şübhə altına alıb.
Kaputo insanların bir düjün empanadanı 14 dollara aldıqlarını və bu məhsulun ən bahalısını yeyə bildiyinə görə Darin üçün şad olduğunu bildirib.
Miley, öz növbəsində, mücrüdə kiçik qızıl empanada tutan Darinin süni intellekt tərəfindən yaradılmış şəklini paylaşıb.
Bununla belə, Darin daha sonra bildirib ki, empanadaların ucuz və ya bahalılığından asılı olmayaraq, ölkədə hələ də bahalaşma hökm sürür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 May 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















