Icma.az
close
up
RU
Litva və Rusiya Kalininqrad üstündə mübahisə edir

Litva və Rusiya Kalininqrad üstündə mübahisə edir

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Rusiya nə qədər çalışsa da, Karalyauçyus heç vaxt Kalininqrad olmayacaq..."

Rusiyanın Kalininqrad vilayətində Litva şairi Kristionas Donelaytis adına Memorial Muzeyin adı dəyişdirilib. Muzey kompleksi "Çistıe Prudı kəndində Ədəbiyyat Muzeyi" adlandırılıb, bu isə Litvada böyük narazılığa səbəb olub.

Moderator.az xəbər verir ki, bu barədə "err.ee" nəşri yazıb.

Məlumatda deyilir ki, Litva prezidenti Gitanas Nauseda bu ad dəyişikliyini "tarixi yenidən yazmaq üçün daha bir qəbuledilməz cəhd" adlandırıb. "Növbəti addım nədir? Kitabları yandırmaq?" - deyə o, "X" sosial şəbəkəsində sual verib.

Nauseda qeyd edib ki, hazırda "üzdəniraq Kalininqrad vilayəti" adlanan əraziyə daxil olan Kiçik Litva irsi qorunmalıdır. "Rusiya nə qədər çalışsa da, Karalyauçyus heç vaxt Kalininqrad olmayacaq!" -

Litva prezidenti bildirib.

Rusiya bu bəyanata kəskin reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Nausedanı "karton sarsaq qadın" adlandıraraq, onun "rütubətli tarixi fantaziyalarla mikrofona yaxınlaşdığını" qeyd edib.

O, xatırladıb ki, 1939-cu ildə İosif Stalin Vilnüs şəhərini Litvaya təhvil verib, 1945-ci ildə isə "Baltikyanıda ən böyük Litva limanı olan Memel (indiki Klaypeda) Qırmızı Ordunun qəhrəmanlığı sayəsində, nəhayət, Litvanın olub".

"Sovet İttifaqının Litvaya etdiyi bütün bu "hədiyyələri" yerli "meşə qardaşlarının" nəvələri hələ də Moskvaya bağışlaya bilmir, əgər tarix Litva prezidentini narahat edirsə, Vilnüs istəsə onları geri də qaytara bilər", - Zaxarova bəyan edib. 

Kremlin mətbuat katibi Dmitri Peskov isə Litva prezidentinin sözlərində "düşmən ölkənin ərazi iddialarını" gördüyünü deyib. "Bu, bizim dərin narahatlıqlarımızı əsaslandırır və dövlətimizin təhlükəsizliyini təmin etmək üçün indiki və gələcək tədbirlərə haqq qazandırır", - o, vurğulayıb.

Kiçik Litva Prussiyanın, daha sonra Almaniyanın Şərqi Prussiya bölgəsinin tarixi-etnoqrafik bölgəsidir, burada pruss litvaları yaşayıb.Bu ərazi müasir Kalininqrad vilayətində yerləşir. Karalyauçyus isə Kalininqradın litvaca adıdır.

Şəhər ətrafında mübahisələr

Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin əvvəlində Avropa Parlamentinin çexiyalı üzvü Tomaş Zdeхovski Kalininqrad vilayətinin Polşa və Çexiya arasında bölünməsi ilə bağlı zarafat edib.

Sonradan Polşada Kalininqrad şəhərivni Krulevets, Kalininqrad vilayətini isə Krulevets vilayəti adlandırmaq tövsiyə edilib. Latviyada latışca "Karalyaçi" və ya almanca "Keninqsberq", Estoniyada "Keninqsberq", Litvada isə "Karalyauçyus" adı seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Yanvar 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see268

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see243

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see235

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see232

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see226

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see208

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see205

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see200

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see195

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see189

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see186

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see184

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see178

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see176

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see171

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see163

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see158

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see156

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see156

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri