Icma.az
close
up
RU
Argentina mətbuatı: Bakı küçələrində Messimaniya

Argentina mətbuatı: Bakı küçələrində Messimaniya

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Futbol əfsanəsi Lionel Messi və "İnter Mayami"dəki oyundaşları Luis Suares, Serxio Buskets və Jordi Albanın Azərbaycana səfəri Argentina mediasının da diqqətindən yayınmayıb. Sport24.az İdman.biz-ə istinadən xəbər verir ki, argentinalı jurnalistlər ulduz futbolçunun Bakı macərasının maraqlı məqamlarına toxunublar.

"La Nacion" Messinin Azərbaycana gəlib-getməsini "ildırımsürətli səfər" adlandıraraq belə bir məlumat yayıb: "Messi qeyri-adi bölgəyə səyahəti ilə hər kəsi təəccübləndirib. Argentinalı üç ən yaxşı dostu və komanda yoldaşı ilə birlikdə Qərbi Asiya və Şərqi Avropa arasında yerləşən ölkədə olub".

"Ole" argentinalı futbolçunun ölkəmizə səfəri ilə bağlı yazını "Messi Azərbaycanda nə edir: azarkeşlərin çılğınlığı" başlığı ilə təqdim edib.
Məqalədə deyilir: "Hansı ölkəyə getməsindən asılı olmayaraq, dünyanın istənilən yerində Messi həmişə çılğınlıq yaradır. Azərbaycan da istisna olmayıb. Orada məskunlaşacaqları hotelə gedərkən onları böyük azarkeş izdihamı qarşılayıb. "İnter Mayami"nin oyunçularının hansı hoteldə qalacaqları məlum olanda oradakı bütün mövcud otaqlar rezervasiya edilib. Bu, "10 nömrə" yə olan sevginin hansı səviyyəyə çata biləcəyinə dair daha bir sübutdur".

"Messi Azərbaycanda çılğınlığa səbəb oldu; oğlan uşağı onunla görüşərkən göz yaşlarına boğuldu" yazan "Posta Deportes" sözlərinə belə davam edib: "Messini qucaqlayaraq ağlayan bir uşağın şəkli bütün dünyaya yayılıb".

"Azərbaycan Messimaniya ilə çılğınlıq yaşayır" ("Telemundo") deyən, "Messi Azərbaycana xeyriyyə səfəri ilə sürpriz edib" ("Jornadaonline") fikri ilə çıxış edənlər də olub.

"Bakı küçələrində Messimaniya" - "Clarin"in manşeti isə belədir. Nəşr yazıya belə davam edir: "Messi üçün UEFA Çempionlar Liqası çoxdan geridə qalıb. Bu turnirin oyun günündə məşhur "10 nömrə" artıq başqa işlər görür. 37 yaşlı dünya çempionu karyerasının son hissəsindən həzz alır, MLS-də oynayır, Argentina ilə 2026-cı il dünya çempionatını xəyal edir, eyni zamanda tədbirlərə qatılmaq üçün rahat oyun təqvimindən yararlanır, hətta dünyanın o biri tərəfinə də gedə bilir. Qısa müddətə Almaniyada "Adidas"ın ofisinə baş çəkdikdən sonra Messi komanda yoldaşları ilə birlikdə Azərbaycanın paytaxtı Bakıda olub. Ulduzların qaldığı beşulduzlu hoteldə boş otaqlar tükənib və onların mikroavtobusunu bu yaxınlarda argentinalı Franko Kolapintonun Formula 1-də çıxış etdiyi Bakı küçələrində avtomobil karvanı izləyib. Qafqazdakı bu həyəcanlı macəradan sonra Leo Mayami və Rosario arasında keçən tətilinə davam edir, ilin sonunu və "İnter Mayami" ilə mövsümöncəsi hazırlığı gözləyir".

Qeyd edək ki, Messi və oyundaşlarının 2025-ci il mövsümündə ilk rəsmi oyunu fevralda CONCACAF Çempionlar kuboku çərçivəsində "Sportinq Kanzas Siti"yə qarşı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://sport24.az
archiveBu xəbər 12 Dekabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri