Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

“Bakı küçələrində Messimaniya”, “İldırımsürətli səfər”, “Azarkeşlərin çılğınlığı”

“Bakı küçələrində Messimaniya”, “İldırımsürətli səfər”, “Azarkeşlərin çılğınlığı”

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Argentina mediası Lionel Messinin Azərbaycana səfəri barədə belə yazır

Futbol əfsanəsi Lionel Messi və “İnter Mayami”dəki oyundaşları Luis Suares, Serxio Buskets və Jordi Albanın Azərbaycana səfəri Argentina mediasının da diqqətindən yayınmayıb. Argentinalı jurnalistlər ulduz futbolçunun Bakı macərasının maraqlı məqamlarına toxunublar.

"La Nacion" Messinin Azərbaycana gəlib-getməsini "ildırımsürətli səfər" adlandıraraq belə bir məlumat yayıb: "Messi qeyri-adi bölgəyə səyahəti ilə hər kəsi təəccübləndirib. Argentinalı üç ən yaxşı dostu və komanda yoldaşı ilə birlikdə Qərbi Asiya və Şərqi Avropa arasında yerləşən ölkədə olub".

"Ole" argentinalı futbolçunun ölkəmizə səfəri ilə bağlı yazını "Messi Azərbaycanda nə edir: azarkeşlərin çılğınlığı" başlığı ilə təqdim edib.

Məqalədə deyilir: "Hansı ölkəyə getməsindən asılı olmayaraq, dünyanın istənilən yerində Messi həmişə çılğınlıq yaradır. Azərbaycan da istisna olmayıb. Orada məskunlaşacaqları hotelə gedərkən onları böyük azarkeş izdihamı qarşılayıb. “İnter Mayami”nin oyunçularının hansı hoteldə qalacaqları məlum olanda oradakı bütün mövcud otaqlar rezervasiya edilib. Bu, "10 nömrə" yə olan sevginin hansı səviyyəyə çata biləcəyinə dair daha bir sübutdur".

"Messi Azərbaycanda çılğınlığa səbəb oldu; oğlan uşağı onunla görüşərkən göz yaşlarına boğuldu" yazan "Posta Deportes" sözlərinə belə davam edib: "Messini qucaqlayaraq ağlayan bir uşağın şəkli bütün dünyaya yayılıb".

"Azərbaycan Messimaniya ilə çılğınlıq yaşayır" (“Telemundo”) deyən, "Messi Azərbaycana xeyriyyə səfəri ilə sürpriz edib" (“Jornadaonline”) fikri ilə çıxış edənlər də olub.

"Bakı küçələrində Messimaniya" - "Clarin"in manşeti isə belədir.

Nəşr yazıya belə davam edir: "Messi üçün UEFA Çempionlar Liqası çoxdan geridə qalıb. Bu turnirin oyun günündə məşhur "10 nömrə" artıq başqa işlər görür. 37 yaşlı dünya çempionu karyerasının son hissəsindən həzz alır, MLS-də oynayır, Argentina ilə 2026-cı il dünya çempionatını xəyal edir, eyni zamanda tədbirlərə qatılmaq üçün rahat oyun təqvimindən yararlanır, hətta dünyanın o biri tərəfinə də gedə bilir.

***

Qısa müddətə Almaniyada "Adidas"ın ofisinə baş çəkdikdən sonra Messi komanda yoldaşları ilə birlikdə Azərbaycanın paytaxtı Bakıda olub.

Ulduzların qaldığı beşulduzlu hoteldə boş otaqlar tükənib və onların mikroavtobusunu bu yaxınlarda argentinalı Franko Kolapintonun Formula 1-də çıxış etdiyi Bakı küçələrində avtomobil karvanı izləyib.

Qafqazdakı bu həyəcanlı macəradan sonra Leo Mayami və Rosario arasında keçən tətilinə davam edir, ilin sonunu və "İnter Mayami" ilə mövsümöncəsi hazırlığı gözləyir".

Qeyd edək ki, Messi və oyundaşlarının 2025-ci il mövsümündə ilk rəsmi oyunu fevralda CONCACAF Çempionlar kuboku çərçivəsində "Sportinq Kanzas Siti"yə qarşı olacaq.

Rasim MÖVSÜMZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:326
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri