Argentina millisinin əfsanəsi: Messi kənd futbolu oynayır
Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Argentina millisinin əfsanəsi, sabiq qapıçısı Uqo Qatti hücumçu Lionel Messinin oyununa münasibət bildirib.
Publika.az xəbər verir ki, o, 37 yaşlı futbolçunu tənqid edib:
“Mən Messini sevmirəm. Mən onu hər şey üçün fit çalındığı, heç kimin ona zərbə endirmədiyi, böyük komandanın onun üçün oynadığı "Barselona"da gördüm.
O, 2026-cı il dünya çempionatına gedə bilər, amma o zaman Argentinada bir oyunçu az olacaq. Bu gün də bir oyunçusu azdır, çünki Messi Amerikada kənd futbolu oynayır.
Kriştianonu götürsəniz, o, məhduddur, amma fenomendir. Ronaldo Messidən yaxşıdır. O, məhduddur, çünki Messinin karyerasındakı şərtlər onda yox idi, amma buna baxmayaraq dünyanın ən yaxşı komandalarında oynayıb. Messi harada oynayıb? "Barsa"da və Argentina millisində. Messi özünü başqa komandalarda, başqa ölkələrdə oynamağa məcbur etməyib”.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















