Fransanın əfsanəsi Argentina nəhənginin prezidenti olmaq istəyir
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Əfsanəvi fransız hücumçu David Trezeqe Argentinanın məşhur “River Pleyt” klubunun prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.
"River Pleyt"də prezident seçkiləri 2025-ci ilin dekabrında keçiriləcək. 47 yaşlı fransalı artıq komandasını mübarizəyə hazırlayır.
Trezeqe 2012-2013-cü illərdə oyunçu kimi "River Pleyt"də çıxış edib. O, Fransa millisində çıxış etməsinə baxmayaraq, atası argentinalıdır. David karyerasına Argentinanın "Platense" klubunda başlayıb.
Fransız futbolçu "Monako", "Yuventus", "Herkules", "Bani Yas", "Nyuells Old Boyz" və "Pun Siti" klublarında da çıxış edib.
Fransa millisinin heyətində 71 oyuna çıxan David Trezeqe 34 qol vurub. O, 1998-ci ildə dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olub.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 28 Mart 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















