Argentina Prezidenti ölkədə pulların mənbəyinin yoxlanılmasına son qoymaq istəyir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 20 may, AZƏRTAC
Argentina hökuməti pulların mənbəyinə dair yoxlamaları ləğv etmək üçün tənzimləyici baza üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, Argentina Prezidenti Xavyer Miley bunu A24 telekanalına müsahibəsində deyib.
“Dövlət vergidən yayınmaq üçün pullarını gizlədənləri cəzalandırmamalıdır, çünki insanlar özlərini oğru siyasətçilərdən qorumağa çalışırlar. Onlar cinayətkar deyil, qəhrəmandırlar”, - deyə prezident bildirib.
Dövlət başçısı hökumətin hazırladığı tədbirlərin iqtisadiyyata xeyli vəsaitin daxil olmasını təmin edəcəyini, bunun da artım tempini əhəmiyyətli dərəcədə sürətləndirəcəyini düşünür. Onun sözlərinə görə, hazırda Vergi Agentliyi, İqtisadiyyat Nazirliyi və Mərkəzi Bank bəyan olunmamış pullardan istifadəyə icazə verəcək normativ bazanın hazırlanması üzərində çalışırlar.
Xatırladaq ki, Xavyer Miley 2023-cü ilin dekabrında dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyəti kritik adlandırıb və iqtisadiyyatın şok tədbirlərə ehtiyacı olduğunu vurğulayıb. Dövlətin iqtisadiyyata minimal müdaxiləsinin tərəfdarı olan siyasətçi Argentinanın iqtisadi problemlərinin həllini xərcləri azaltmaqla büdcə kəsirinin aradan qaldırılmasında görür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 20 May 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















