Argentinada bütün futbol oyunları iki günlük təxirə salınıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Argentina Futbol Assosiasiyası (AFA) milli komandanın dünya çempionatından qayıdışı ilə əlaqədar iyulun 20 və 21-nə planlaşdırılan bütün futbol oyunlarını təxirə salıb.
APA xəbər verir ki, bu barədə AFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə çempionatının ikinci və dördüncü divizionlarının oyunları, Argentina Superkuboku, qadınlar arasında ölkə çempionatı və futzal yarışları digər tarixlərdə keçiriləcək.
Qeyd edək ki, Argentina millisi dünya çempionatının finalında İspaniya ilə qarşılaşacaq.
ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.
Argentina yığması hazırda dünya çempionu titulunun sahibidir.
Bu mövzuda digər xəbərlər:Argentinada maliyyə qalmaqalına görə futbol oyunları dayandırılıb
24 Fevral 2026 11:44
Argentinada bütün matçlar Messinin şərəfinə dayandırılacaq
03 Sentyabr 2026 10:33
Argentinada futbol dayandı: Vergi qalmaqalı bütün çempionatları iflic etdi
24 Fevral 2026 17:27
İkardi Argentinada saxlanıldı
14 Noyabr 2024 19:27
Argentinada güclü ZƏLZƏLƏ
25 Dekabr 2024 09:26
Baxış sayı:226
Bu xəbər 19 İyul 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















