Argentinalı əfsanə Ronaldunu Messidən üstün saymasının səbəbini dedi
Fanat saytına istinadən Icma.az xəbər verir.
Əfsanəvi argentinalı qapıçı Huqo Orlando Qatti portuqaliyalı superulduz Kriştianu Ronaldunu həmyerlisi Lionel Messidən üstün futbolçu saydığını deyib.
Fanat.Az xəbər verir ki, "La Nacion" 80 yaşlı veteranın sözlərini belə çatdırıb:
"Kriştianu unikaldır. O, fenomendir. Messi kimi olmaqdansa, unikal olmaq daha yaxşıdır. Ronaldu unikaldır, çünki Messi kimi keyfiyyətlərə malik olmadığı halda, dünyanın ən yaxşı komandalarında oynayıb. Bu, cəsarət tələb edir. Rəqibləri Kriştianunu az qala meydanda öldürürdülər. Bəs Messi kareyrasının ən yaxşı dönəmlərində harada oynayıb? "Barsa"da və Argentina millisində... Lionel başqa ölkələrdən, başqa komandalardan aldığı təklifləri qəbul etməyib. Halbuki bunu etmək üçün böyük imkanları var idi".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 24 Dekabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















