Icma.az
close
up
RU
Argentinalı əfsanə Çalhanoğlunu təriflədi

Argentinalı əfsanə Çalhanoğlunu təriflədi

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda Argentina təmsilçisi “Estudiantes”in prezidenti vəzifəsini icra edən Xuan Sebastyan Veron türkiyəli ulduz Hakan Çalhanoğlu və onun A seriyasının son turunda “Roma”nın qapısına vurduğu mükəmməl qol barədə açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində dünya futbolunun mühüm simalarından olan argentinalı əfsanə özü də vaxtilə (2004-06) “İnter”də top qovub. 51 yaşlı Veron bunları deyib:

“Hakan Çalhanoğlunun qol vurduğu epizodda məni ən çox təəccübləndirən ətrafında heç kimin olmaması oldu. Heç kim ona bu zərbəni vurmaq üçün mane olmadı. Topu qəbul etmək və başını qaldırıb “çərçivə”ni nişan almaq üçün yetərincə zamanı oldu. Zərbə vurarkən fiziki gücündən düzgün istifadə etdi. Ən əsası zərbə anında koordinasiyasını itirmədi. Halbuki bir çoxları bu səhvə yol verir. Onun topu istədiyi nöqtəyə göndərə bilmək bacarığını çox bəyənirəm. İstedadı təkcə bununla ölçülmür. Eyni zamanda mükəmməl bir oyun qurucusudu. Topu özündə gözəl saxlayır. Komandanın tempini müəyyənləşdirir. Oyunu nə vaxt yavaşıtmaq, nə vaxt sürətləndirmək lazım olduğunu gözəl bilir. Rəqib müdafiəsini yarmağı bacarır. Boş mövqedə olan komanda yoldaşına mükəmməl uzun ötürmə vermək qabiliyyətinə malikdi. Fikrimcə, Çalhanoğlu “İnter” üçün çox böyük bir dəyərdi”.


Bu mövsüm “İnter”lə karyerasının ikinci A seriyası çempionluğunu qazanmağa yaxın olan Hakan Çalhanoğlunun klubdakı gələcəyi hələ də böyük sual altındadı. 27 rəsmi oyunda hesabına 10 qol, 5 məhsuldar ötürmə yazan, karyerasının ən yaxşı mövsümlərindən birini keçirən 32 yaşlı futbolçunun Milan nəhəngi ilə hələ birillik müqaviləsi var. “Qalatasaray” ona uzun müddətdi maraq göstərir. Amma İstanbul nəhənginin rəsmi təklifi olmayıb. Bu yay “İnter” təcrübəli futbolçusu ilə bağlı qərar verməli olacaq. Hakan ya böyük simpatiya bəslədiyi “Qalatasaray”a yollanacaq, ya da “neradzurra” ilə yeni müqavilə imzalayacaq. Əks təqdirdə “İnter” onu gələn yay pulsuz əldən buraxmaq təhlükəsi ilə üzləşəcək.
Çalhanoğlunun yayda dünya çempionatında sərgiləyəcəyi performansdan da çox şey asılı olacaq. Amma İtaliya mənbələrinin yazdığına inansaq, onun taleyi daha çox baş məşqçi Kristian Kivudan asılıdı. “İnter” bu il çempion olsa, Kivu ilə yeni müqavilə imzalanacaq. Rumıniyalı mütəxəssis isə birmənalı şəkildə Hakanın komandada qalmasını istəyir. Belədə “İnter” rəhbərliyi ondan məvacibinin endirilməsini də tələb edə bilər.
Türkiyə yığmasının kapitanı hazırda “İnter”də ilə 6,5 milyon avro qazanır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Aprel 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see268

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see243

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see235

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see232

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see226

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see208

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see205

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see200

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see195

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see189

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see186

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see184

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see178

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see176

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see171

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see163

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see158

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see156

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see156

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri