Icma.az
close
up
RU
Arif Alışanovun qardaşı oğlu mənimsədiyi 200 min dollardan 40 minini qaytarıb

Arif Alışanovun qardaşı oğlu mənimsədiyi 200 min dollardan 40 minini qaytarıb

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzPost-un “Report”a istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Yadigar İsrafilov dindirilib.

O bildirib ki, Nizamini ortaq dostları vasitəsilə tanıyıb:

“Pul qazanmaq niyyətimiz vardı. Birinci dəfə 8 min dollar verdim, müəyyən qədər faizlə pulu qaytardı. İşlərimiz əvvəl çox yaxşı gedirdi. Mütəmadi olaraq pul verirdim, qaytarırdı. 2023-cü ildən sonra problemlər yaradı. 200 min dollar vermişəm. Həmin pulu iki dəfəyə verdim. Yanında digər zərərçəkən Zeynal Usubov olub. Demişdi ki, qazancın 50 faizi mənimdir. Pulları investisiya saytında işlədib qazanc qaytarcaqdı. Hər ay 2500 dollar pul verirdi. Ümumilikdə, 200 min dollardan 40 min dolları qaytarıb”.

Zərərçəkən deyib ki, hazırda pulunu tələb edir və şikayətçidir:

“Zeynal Usubovla dost olmuşam. Ortaq biznesimiz olub. Onun işlətdiyi obyektlərdə işləmişəm. Zeynalın vasitəsilə avtosalonlarla işbirliyi etmişik. Əvvəllər mən Dubayda fəaliyyət göstərirdim. Orada da maşın işi ilə məşğul olmuşam. Hazırda orada yaşayıram”.

Prosesdə Nizami Alişan epizod üzrə ifadə verib. O bildirib ki, bu iş xarici valyuta bazarı ilə bağlı olub:

“İstənilən qədər pul qoya bilirsən, həmin pul qalxa-enə bilir. 2012-ci ildən Azərbaycanda investisiya ilə bağlı sayt fəaliyyətə başladı. Mən də bu işi bilirdim, sosial mediada maliyyə bazarları ilə bağlı blogerlik edirdim. Analitik yazılar, xarici birjalarla bağlı paylaşımlar etmişəm. 10 mindən artıq izləyicim var. Zərərçəkən Babəklə xaricdə bir yerdə oxumuşuq. Babəklə sosial-iqtisadi məsələləri müzakirə edirdik. Məndən aldığı məsləhətlərlə Türkiyədə xeyli pul qazandı.

Qızıl və türk lirəsi ilə bağlı proqnozlarımız özünü doğrultmuşdu. Babək özü mənə dedi ki, gəl sənə pul verim, birjada oyna. Hətta deyirdi ki, öz pulundur. Deyirdi ki, özünə nə yatırım edirsənsə, mənə də onu elə. İlkin olaraq Babək 100 min dollar verdi. Həmin vaxt mənim birjalarda yarım milyon pulum vardı. İlkin olaraq 7-8 min dollar qaytardım. Sonradan işlərimiz yaxşı getdi, 30-35 min dollar da verdim. Sonra Babək 400 min dollar pul göndərmək, Zeynal adlı dostunu da qoşmaq istədiyini dedi. Mən istəmirdim, amma dostum idi. Zeynal da 400 min dollar pul yatırdı. Bununla da onlardan 900 min dollar yatırım oldu. Hər ay ona 100 min dollar verirdim. Lakin Babək deyirdi ki, azdır. Babək artıq üstümə gəlirdi.

Artıq risklər etdim, nə qədər itkilər verdim. Bu işin riskli olduğunu həmişə demişəm. O, 900 min dollarını istədi, mən isə ona dedim ki, o pulu çoxdan qaytarmışam. 2020-2023-cü il ərzində 2-3 milyon dollar pul qaytarmışam. Lakin o əl çəkmədi, pulunu tələb etdi. Hətta 900 min dolları və üstündə 3-4 aylıq faizi də istədi. Sonra haqqımda şikayət etdi və mən tutuldum”.

Proses iyunun 23-də davam edəcək.

Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.

İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir. Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.

O, ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.

Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 İyun 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri