Icma.az
close
up
RU
Arif Alışanovun qardaşı oğlunun məhkəməsində 200 min dollardan 40 mini qaytarılıb

Arif Alışanovun qardaşı oğlunun məhkəməsində 200 min dollardan 40 mini qaytarılıb

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ölkə.az-ın "Report"a istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Yadigar İsrafilov dindirilib.

O bildirib ki, Nizamini ortaq dostları vasitəsilə tanıyıb:

"Pul qazanmaq niyyətimiz vardı. Birinci dəfə 8 min dollar verdim, müəyyən qədər faizlə pulu qaytardı. İşlərimiz əvvəl çox yaxşı gedirdi. Mütəmadi olaraq pul verirdim, qaytarırdı. 2023-cü ildən sonra problemlər yaradı. 200 min dollar vermişəm. Həmin pulu iki dəfəyə verdim. Yanında digər zərərçəkən Zeynal Usubov olub. Demişdi ki, qazancın 50 faizi mənimdir. Pulları investisiya saytında işlədib qazanc qaytarcaqdı. Hər ay 2500 dollar pul verirdi. Ümumilikdə, 200 min dollardan 40 min dolları qaytarıb".

Zərərçəkən deyib ki, hazırda pulunu tələb edir və şikayətçidir:

"Zeynal Usubovla dost olmuşam. Ortaq biznesimiz olub. Onun işlətdiyi obyektlərdə işləmişəm. Zeynalın vasitəsilə avtosalonlarla işbirliyi etmişik. Əvvəllər mən Dubayda fəaliyyət göstərirdim. Orada da maşın işi ilə məşğul olmuşam. Hazırda orada yaşayıram".

Prosesdə Nizami Alişan epizod üzrə ifadə verib. O bildirib ki, bu iş xarici valyuta bazarı ilə bağlı olub:

"İstənilən qədər pul qoya bilirsən, həmin pul qalxa-enə bilir. 2012-ci ildən Azərbaycanda investisiya ilə bağlı sayt fəaliyyətə başladı. Mən də bu işi bilirdim, sosial mediada maliyyə bazarları ilə bağlı blogerlik edirdim. Analitik yazılar, xarici birjalarla bağlı paylaşımlar etmişəm. 10 mindən artıq izləyicim var. Zərərçəkən Babəklə xaricdə bir yerdə oxumuşuq. Babəklə sosial-iqtisadi məsələləri müzakirə edirdik. Məndən aldığı məsləhətlərlə Türkiyədə xeyli pul qazandı.

Qızıl və türk lirəsi ilə bağlı proqnozlarımız özünü doğrultmuşdu. Babək özü mənə dedi ki, gəl sənə pul verim, birjada oyna. Hətta deyirdi ki, öz pulundur. Deyirdi ki, özünə nə yatırım edirsənsə, mənə də onu elə. İlkin olaraq Babək 100 min dollar verdi. Həmin vaxt mənim birjalarda yarım milyon pulum vardı. İlkin olaraq 7-8 min dollar qaytardım. Sonradan işlərimiz yaxşı getdi, 30-35 min dollar da verdim. Sonra Babək 400 min dollar pul göndərmək, Zeynal adlı dostunu da qoşmaq istədiyini dedi. Mən istəmirdim, amma dostum idi. Zeynal da 400 min dollar pul yatırdı. Bununla da onlardan 900 min dollar yatırım oldu. Hər ay ona 100 min dollar verirdim. Lakin Babək deyirdi ki, azdır. Babək artıq üstümə gəlirdi.

Artıq risklər etdim, nə qədər itkilər verdim. Bu işin riskli olduğunu həmişə demişəm. O, 900 min dollarını istədi, mən isə ona dedim ki, o pulu çoxdan qaytarmışam. 2020-2023-cü il ərzində 2-3 milyon dollar pul qaytarmışam. Lakin o əl çəkmədi, pulunu tələb etdi. Hətta 900 min dolları və üstündə 3-4 aylıq faizi də istədi. Sonra haqqımda şikayət etdi və mən tutuldum".

Proses iyunun 23-də davam edəcək.

Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.

İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir. Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.

O, ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.

Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri