Arif Əsədov: Futbolçularımız 3 gündən bir matça çıxmağa alışqan deyil
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Millimizi növbəti çətin oyun gözləyir. 3 gün öncə güclü Fransaya qarşı böyük qüvvə sərf etişik. Bu baxımdan fiziki durumun bərpa olunması vacibdir". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis yığmamızın DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:
"Futbolçularımız 3 gündən bir matça çıxmağa alışqan deyil. Heyətimiz geniş olmadığı üçün çətinliklə üzləşə bilərik. Ukrayna İslandiyaya qalib gəlməklə 2-ci yer uğrunda şanslarını daha da yaxşılaşdırıb. Onlar millimizlə oyunda xal itirməməyi düşünürlər. Millimizə daha böyük qüvvə və şans lazımdır ki, bu oyundan xal alaq. Xal qazanmaq üçün şans həmişə var. Ayxan Abbasov gələndən oyunda yaxşıya doğru cizgilər hiss olunur. Komandamız daha istəkli oynayır. Bu matçda komanda hücum baxımından özünü yaxşı tərəfdən göstərə bilsə, istədiyimiz xalı ala bilərik".
Qeyd edək ki, Ukrayna - Azərbaycan matçı bu gün, Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 13 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















