Sabah bir addım öndədir Arif Əsədov
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" ilə qarşılaşacaq.
Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb Danimarkada oynanılacaq ilk oyunla bağlı nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Danimarka futbolu həm milli, həm də liqa baxımından həmişə özündən söz edtirib. "Orhus" çox tanınan klub olmasa da, son nəticələrdən necə ciddi və çətin bir komanda olduğunu görürük. Bu baxımdan təmsilçimiz üçün asan olmayacaq. Amma onu deyə bilərəm ki, "Sabah" ölkə klubları içərisində ən yaxşı performans göstərən komandadır. Hər oyun daha da yaxşılaşırlar. Düşünürəm ki, mərhələ adlaya biləcək gücdədir. Əsas odur ki, Azərbaycan təmsilçisi özünə inamlı şəkildə oynasın. Səfərdə qalib gəlsin və öz azarkeşləri önündə də qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazansın. Çətin oyun olacaq, lakin "Sabah" bir addım da olsa, öndədir".
Qeyd edək ki, "Orhus" - "Sabah" qarşılaşması avqustun 5-də baş tutacaq və start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək. Cavab matçı isə avqustun 11-də oynanılacaq.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 05 Avqust 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















