Icma.az
close
up
RU
Arif Əsədov: Hər üç təmsilçimizin Konfrans Liqasında mərhələ keçmək şansı var

Arif Əsədov: Hər üç təmsilçimizin Konfrans Liqasında mərhələ keçmək şansı var

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 31 iyul, AZƏRTAC

Bu gün meydana çıxacaq hər üç klubumuzun mərhələ keçmək imkanları var.

Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov “Sabah”, “Zirə” və “Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəkləri cavab qarşılaşmaları barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, təmsilçilərimiz arasında ən real şans ilk matçda Moldovanın “Petrokub” kollektivini iki cavabsız qolla məğlub edən “Sabah”dadır: “Növbəti raunda vəsiqəni demək olar ki, 70-80 faiz həll ediblər. Amma bu, heç bir halda arxayınlıq yaratmamalıdır. Oyuna ciddi yanaşmalı, hücum futbolu nümayiş etdirib, qollar vurmalıdırlar. “Zirə” və Xorvatiyanın “Hayduk” komandaları arasında keçiriləcək görüşə gəlincə, burada üstünlük az da olsa, rəqibin tərəfindədir. Çünki Bakıdan qollu heç-heçə ilə qayıtdılar və bu gün doğma meydanda oynayacaqlar. “Zirə”nin rəqibin təzyiqinə necə tab gətirəcəyi sual altındadır. Amma onu da qeyd etmək lazımdır ki, təmsilçimizin bu cür vəziyyətlərdə təcrübəsi var. Ötən il də “Osiyek” kimi iddialı klubu eyni ssenari ilə üstələmişdilər”.

Azərbaycan millisinin sabiq baş məşqçisi “Araz-Naxçıvan”ın Yunanıstanın “Aris” komandası üzərində ev qələbəsindən (2:1) sonra daha motivasiyalı oyun nümayiş etdirəcəyinə inandığını söyləyib: “Şansları heç də az deyil. Lakin qarşı tərəf də güclü və istəklidir. Öz meydanında fərqli oyun sərgiləyə bilər. Bu baxımdan Naxçıvan təmsilçisi çətinliklə üzləşəcək. Müdafiədə boşluqlara yol verməməli, taktiki baxımdan oyunu düzgün qurmalıdırlar. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirsələr, növbəti mərhələyə adlaya bilərlər”.

Xatırladaq ki, “Bank Respublika Arena”da keçiriləcək “Sabah” - “Petrokub” matçı saat 20:00-da, Saloniki şəhərində yerləşən “Kleantis Vikelidis” stadionunda təşkil olunacaq “Aris” - “Araz-Naxçıvan” qarşılaşması saat 22:15-də, Split şəhərindəki “Polyud” stadionunda gerçəkləşəcək “Hayduk” – “Zirə” görüşü isə saat 23:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 İyul 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri