Icma.az
close
up
RU
Arif Əsədov: “Sabah”ın mərhələni adlamaq üçün real şansı var”

Arif Əsədov: “Sabah”ın mərhələni adlamaq üçün real şansı var”

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Səfərdə "Hapoel"ə məğlub olsalar da, düşünürəm ki, "Sabah"ın mərhələ adlamaq şansı hələ də kifayət qədər yüksəkdir. Komanda daha əvvəl Danimarka çempionu "Orhus"la matçda da oxşar vəziyyətlə üzləşmişdi və həmin qarşılaşmada xarakterini, mübarizə əzmini göstərərək mərhələ keçməyin mümkün olduğunu sübut etdi". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis "Sabah"ın İsrail təmsilçisi "Hapoel" (Beer-Şeva) ilə üz-üzə gələcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab qarşılaşması haqda fikirlərini bölüşüb:
"Hazırda da vəziyyət müəyyən mənada eynidir. Düzdür, indiki rəqib daha güclüdür. Topa nəzarət etməyi sevən, texnikalı və keyfiyyətli futbolçulara malik komandadır. Belə rəqibə qarşı oynamaq heç də asan deyil. Xüsusilə də topa sahib olduqları zaman rəqibə ciddi təzyiq göstərə və oyunun tempini öz xeyirlərinə dəyişə bilirlər. Lakin onların da zəif cəhətləri var. Heç bir komanda qüsursuz deyil və "Sabah" ilk oyunda rəqibin həm güclü, həm də zəif tərəflərini yaxından görüb. Bu baxımdan, cavab qarşılaşmasında "Sabah"ın daha hazırlıqlı və intizamlı futbol nümayiş etdirəcəyini düşünürəm. Əsas məsələ müdafiədə diqqətli olmaq, rəqibə boşluqlar verməmək və yaradılan imkanlardan maksimum istifadə etməkdir. "Sabah" öz oyununu rəqibə qəbul etdirə bilsə, xüsusilə ilk dəqiqələrdə azarkeşlərin də dəstəyindən yararlanaraq oyunun gedişatını dəyişə bilər. Burada azarkeş amili də çox önəmlidir. Doğma meydanda möhtəşəm azarkeş dəstəyi futbolçulara əlavə motivasiya verəcək. Belə atmosferdə komandanın daha inamlı və aqressiv oynaması mümkündür. Ona görə də hesab edirəm ki, ilk matçın nəticəsinə baxmayaraq, "Sabah"ın mərhələni adlamaq üçün real şansı var.  Əgər komanda öz potensialını tam ortaya qoya bilsə, doğma meydanda möhtəşəm azarkeşlər önündə növbəti mərhələyə yüksəlmək mümkündür".
Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://sport24.az
archiveBu xəbər 25 Avqust 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri