Arif Əsədov: İstək və əzmkarlıq hesabına qələbə qazandılar
Icma.az bildirir, sport24.az portalına istinadən.
"Gözləndiyi kimi, maraqlı və dinamik oyun keçdi. Hər iki komanda finala layiq çıxış etdi". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
O, Masazır təmsilçisinin ölkə kubokunun finalında "Qarabağ"a qaldiyi oyunla bağlı fikirlərini bölüşüb:
"Birinci hissə oyun sönük keçsə də, ikinci yarıda matçda temp yüksəldi. Birinci 45 dəqiqədə havanın isti olması futbolçulara təsir edirdi. Ərazi üstünlüyü "Qarabağ"da olsa da, "Sabah" oyuna daha yaxşı köklənmişdi. İstək və əzmkarlıq hesabına qələbə qazandılar. "Qarabağ"da uzatma dəqiqələrdə yorğunluq hiss olunurdu. Əlavə vaxtda Masazır təmsilçisinin etdiyi əvəzetmələr də təsirini göstərdi. Meydana daxil olan futbolçular oyunu gücləndirdilər və təzyiqi artırıb qalib gəldilər. Final oyunu hakimlər üçün çətin idi. Məncə, işlərinin öhdəsindən gəldilər. Təbii ki, xırda səhvlər oldu. Bu cür məsuliyyətli oyunda səhvlər qaçılmazdır. Ümumilikdə referilər matçı pis idarə etmədilər".
Qeyd edək ki, Azərbaycan Kubokunun həlledici görüşündə "Qarabağ"a qalib gələn "Sabah" tarixində ilk titula sahib çıxmaqla yanaşı, Avropa Liqasına vəsiqə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 İyun 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















