Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? detallar üzə çıxdı
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
“Kəpəz”in baş məşqçi postu üçün bir neçə namizədin olduğu əvvəldən bəlli idi. Söhbət Arif Əsədov, Sənan Qurbanov və Azər Məmmədovdan gedir. Bəllidi ki, Gəncə təmsilçisi sonda sabiq çalışdırıcısı Azər bəylə ortaq məxrəcə gəldi.
Maraqlıdı, bəs başqalarıyla anlaşmanın baş tutmamasının səbəbi nədi?
“Football-plus.az” bildirir ki, Sənan bəy bu məsələdə qarşı tərəfə nə “hə”, nə də”yox” cavabını demişdi. Zaman istəmişdi ki, təklifi götür-qoy etsin, həm klubun, həm öz imkanlarını dəyərləndirsin. Arif bəylə bağlı durum isə fərqli idi. “Sarı-göylər” vaxtilə yığmanın həm köməkçi, həm də baş məşqçi postunda əyləşmiş mütəxəssislə bir çox məqamda razılıq əldə etmişdi. Lakin son anda danışıqlara xitam verildi. Daha dəqiqi, Arif bəy təklifdən imtina etdiyini dedi. Niyə? Çünki “Kəpəz” onun tələb etdiyi qədər böyük maliyyə gücünə malik deyil.
Məlumdu ki, gəncəlilərin yeganə hədəfi premyer-liqada qalmaqdı. Sadəcə, Arif bəy bunun üçün klubdan azı 4 milyon manatlıq büdcə tələb edib. İş ondadı ki, “sarı-göylər”in maliyyə dayaqları bu qədər böyük deyil. Belədə mütəxəssis yetərincə məsuliyyətli öhdəliyi çiyninə götürmək istəməyib.
Təbii ki, qeyd olunan məqamlarla bağlı məşqçinin də mövqeyini öyrənməyi lazım bildik. Ancaq o bu haqda danışmaq istəmədi.
İndiki durumda “Kəpəz”də çalışmaq hər uğursuz nəticədən sonra təkcə klub rəhbərliyinə yox, həm də onminlərlə azarkeşə hesabat vermək deməkdi. Görək, Azər Məmmədov bunu bacaracaqmı?...
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 27 İyun 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















