Icma.az
close
up
RU
Arif Əsədov: “Sabah” və “Kəpəz”də yüksəliş, “Turan Tovuz”da yorğunluq hiss olunur AZƏRTAC

Arif Əsədov: “Sabah” və “Kəpəz”də yüksəliş, “Turan Tovuz”da yorğunluq hiss olunur AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 17 dekabr, AZƏRTAC

“XVII turda bəzi komandaların eniş, bəzilərinin isə yüksəliş dövrünü yaşadığını gördük”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Arif Əsədov Misli Premyer Liqasının XVII turunun oyunlarını şərh edərkən deyib.

Mütəxəssis qolsuz heç-heçə ilə yekunlaşan “Şamaxı” - “Səbail” matçında komandaların əlverişsiz hava şəraitinə görə istədikləri oyunu göstərə bilmədiklərini bildirib: “Meydança yaxşı vəziyyətdə deyildi, qar tam təmizlənməmişdi. Düşünürəm ki, bu, ədalətli nəticə idi. “Şamaxı”da oyunçu çatışmazlığı var. Hiss olunur ki, komanda daxilində müəyyən problemlər hökm sürür. Bu da birbaşa onların oyununa təsir göstərir. “Səbail” isə pis təsir bağışlamadı. Lakin komandada zədəli futbolçuların sayı çoxdur. Görünür, hər iki klub öz heyətini gücləndirmək üçün qış fasiləsini gözləyir. Qonaq komandanın yeni baş məşqçisi Cavid Hüseynovun da işini məhz qış fasiləsindən sonra qiymətləndirə bilərik”.

O, evdə “Sabah”a minimal hesabla uduzan “Araz-Naxçıvan”ın yaxşı formada olduğunu və bunun mövsümün sonuna kimi davam edəcəyinə inandığını söyləyib: “Çox maraqlı görüş izlədik. Qarşılaşma ilk yarıda başabaş mübarizə şəraitində keçsə də, naxçıvanlılar əsasən ikinci hissədə əllərinə düşən qol fürsətlərindən istifadə edə bilmədilər. Futbolda belədir ki, sən qol vura bilmirsənsə, böyük ehtimalla rəqib fərqlənəcək. Elmar Baxşıyevin komandası xal itirməsinə baxmayaraq, yenə də 2-ci pillədəki mövqeyində qaldı. Çünki xal ehtiyatları var. Düşünmürəm ki, ötən mövsüm etdikləri səhvləri təkrarlasınlar. Çünki geniş və təcrübəli oyunçulardan ibarət heyəti var. Məncə, bu klub avrokuboklara vəsiqə qazanacaq ən real namizədlərdən biridir. “Sabah”da isə yeni baş məşqçi Vasili Berezutskinin gəlişindən sonra müsbət mənada dəyişiklik hiss olunur. Ən əsası, komandada istək var. Nizam-intizamlı oyun nümayiş etdirirlər. “Sabah” üçün bu qələbənin gələcək oyunlara motivasiyalı çıxmaq baxımından xüsusi əhəmiyyəti oldu. Onların avrokubok şanslarını yüksək qiymətləndirirəm. Yeni çalışdırıcının qış fasiləsindən sonra öz fəlsəfəsini yeritmək üçün zamanı olacaq. Klub keyfiyyətli transferlər edə bilsə, onlar da Avropada mübarizə apara bilərlər”.

A.Əsədov qapılara qol vurulmayan “Zirə” - “Turan Tovuz” görüşündəki nəticənin ədalətli olduğunu deyib: “Komandalar baxımlı oyun nümayiş etdirmədilər. Hər iki kollektiv yalnız qol buraxmamağa köklənmişdi. Yalnız 1 qol oyunun taleyini həll edə bilərdi. Amma heç o da olmadı. Beləliklə, hər iki komanda 1 xalla kifayətləndi. Fikrimcə, “Zirə” mövsümün sonuna kimi mübarizə aparacaq və böyük ehtimalla avrokuboklarda çıxış edəcək. Bu klub ən yaxşı performansını bu il UEFA Konfrans Liqasının son matçlarında göstərirdi. Ondan sonra bir qədər eniş yaşadılar. Bu enişi zədələrlə əlaqələndirərdim. “Turan Tovuz”da isə yorğunluq hiss olunur. Çünki onlar iki cəbhədə - həm kubok, həm də çempionatda mübarizə apardılar. Üstəlik, zədələr də olanda işlər çətinləşir. Bildiyiniz kimi, heyətləri geniş deyil. Buna baxmayaraq, meydanda öz sözünü deyə bilən komandadır. Bəlkə də baş məşqçi Qurban Berdiyevin qış fasiləsindən sonra heyəti gücləndirmək üçün müəyyən planları var”.

Mütəxəssisin sözlərinə görə, doğma meydanda “Kəpəz”ə 2:1 hesabı ilə qalib gələn “Neftçi” qələbənin asanlıqla əldə olunacağını düşünsə də, matçın gedişində işlər istənilən kimi getmədi: “Görüşün əvvəllərində “ağ-qaralar” asan qalibiyyətə köklənmişdi, hətta ilk hissədə bu, daha yaxşı hiss olunurdu. Ancaq ikinci yarıda Bakı təmsilçisi, sadəcə, hesabı qorumağa çalışırdı. Hətta qol da buraxdılar. Fikrimcə, gəncəlilər növbəti qolu da vura bilərdilər. Bu baxımdan “Neftçi”nin oyun planında çatışmazlıqlar var. Bu kollektiv sırf qələbəyə oynayır. Çünki xallara ehtiyacları var. Turnir cədvəlinin son pillələrində olmaq futbolçulara da psixoloji cəhətdən pis təsir göstərir. Ona görə də istəyirlər ki, meydandan qələbə ilə ayrılsınlar. “Kəpəz”dəki irəliləyiş isə göz qabağındadır. Komandaya sanki inam gəlib. Gün keçdikcə, yaxşıya doğru gedirlər. Səfərdə oynamalarına baxmayaraq, rəqibdən çəkinmirdilər. Daim hücuma keçirdilər və real qol epizodları yaradırdılar. Amma bu imkanlardan yararlana bilmədilər”.

Veteran futbolçu son turda “Qarabağ”a 0:5 hesabı ilə uduzan “Sumqayıt”ı zəif komanda hesab etmədiyini vurğulayıb: “Ötən turda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlmişdilər. Bu iki komandanın matçları həmişə maraqlı və gərgin mübarizə şəraitində keçib. Xüsusilə də, “kimyaçılar” evdə oynayanda “Neftçi”yə başağrısı olub. Onlar istəyin hesabına layiqli qələbə qazanmışdılar. “Qarabağ”la səfər görüşündə “gənclik şəhəri” təmsilçisinin heyətində 2 əsas oyunçu zədəli idi. Xüsusilə də, Elvin Bədəlovun olmaması sumqayıtlıların işini çətinləşdirdi. Düşünürəm ki, böyükhesablı məğlubiyyət alsalar belə, bu klubu zəif hesab etmək düzgün olmaz”.

Qeyd edək ki, Misli Premyer Liqasının turnir cədvəlinə 41 xalla “Qarabağ” başçılıq edir. “Araz-Naxçıvan” 39 xalla ikinci, “Turan Tovuz” 31 xalla üçüncü pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri