Icma.az
close
up
RU
Arif Əsədov: “Neftçi” yüksəlişdə, “Qəbələ” çətin durumdadır

Arif Əsədov: “Neftçi” yüksəlişdə, “Qəbələ” çətin durumdadır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 noyabr, AZƏRTAC

X turda oyun keyfiyyəti və mübarizə səviyyəsi yüksək idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Misli Premyer Liqasında X turun görüşlərini şərh edərkən deyib.

O, “İmişli”yə iki cavabsız qolla qalib gələn “Qarabağ”ın oyunun favoriti olduğunu deyib: “Buna baxmayaraq, Qurban Qurbanovun komandası üçün qələbə heç də asan başa gəlmədi. Çətinliklər oldu. “İmişli”nin döyüşkənliyi, göstərdiyi sistemli oyun nəzərdən yayınmadı. Xüsusilə də müdafiədə yaxşı təsir bağışladılar. Lakin meydan sahibləri ustalıq hesabına qalib gəldilər”.

Mütəxəssis “Karvan Yevlax”ın “Zirə” ilə qarşılaşmada (2:3) qalib gəlmək üçün var gücü ilə mübarizə apardığını bildirib: “İnam və istəklə meydana çıxdılar, nəticədə gözəl oyun göstərdilər. Bakı klubu heç də asan yolla qələbə qazanmadı. Sonda qısa müddətdə qollar vurmaqla lazım olan 3 xalı qazana bildi”.

A.Əsədov “Kəpəz”i 5:1 hesabı ilə üstələyən “Neftçi”nin layiqli qələbə əldə etdiyini söyləyib: “Bütün kompanentlərdə rəqibdən üstün idi. Görünür ki, Gəncə klubu yaxşı günlərdən keçmir. “Neftçi”də isə son zamanlar irəliləyiş hiss olunur. Sanki komandada ruh yüksəkliyi var. Vensan Abubakar kimi ulduz futbolçunun gəlişi bu məqamda böyük rol oynadı. Kollektivdə atmosfer yaxşıya doğru dəyişib. Hücum futbolu nümayiş etdirirlər və nəticədə qollar ard-arda gəlir. Təbii ki, tam formada olduqlarını demək çətindir. Amma istədikləri oyunu göstərdikcə nəticələr də gələcək. Klubun əsas gücünü “Qarabağ”la keçiriləcək derbi görüşündə görəcəyik”.

Veteran futbolçu “Turan Tovuz” – “Şamaxı” görüşündə (2:1) hər iki tərəfin istəklə oynadığını qeyd edib: “Tovuz təmsilçisi uzun müddətdən sonra rəqibi öz meydanında qəbul etdi. Meydançanın da hələ tam hazır olmadığı gözə çarpırdı. Son dövrlərdə bu komandalar arasında prinsipiallıq yaranıb. Matçın gedişatında da bunun şahidi olduq. Qonaqlar ilk dəqiqələrdə üstünlüyü ələ keçirsələr də, sonda ev sahibləri iki qol vuraraq vacib 3 xalı qazandı və turnir cədvəlində liderliyini qorudu”.

Azərbaycan millisinin sabiq baş məşqçisi “Sumqayıt” – “Araz-Naxçıvan” (3:2) matçının dinamik keçdiyini vurğulayıb: “Bol qollu, maraqlı qarşılaşma alındı. Nəticənin gözlənilməz olduğunu deyə bilərik. Naxçıvan klubu usta oyunçulardan ibarət güclü heyətə malikdir. Amma bu qarşılaşmada “kimyaçılar” istək hesabına qalib gəldilər. Elmar Baxşiyevin komandası isə son iki görüşdə vacib xallar itirdi və turnir cədvəlində liderlərdən uzaqlaşdı. Amma komandanın növbəti matçlarda xal itkisini balanslaşdırıb, yenidən ilk “üçlük”də yer almağa potensialı var”.

Keçmiş hücumçunun sözlərinə görə, “Qəbələ”ni minimal hesabla məğlub edən “Sabah” üçün bu qalibiyyət liderlərlə arasındakı xal fərqini azaltmaq baxımından önəmli olub: “Sabah” heyət baxımından rəqibindən üstündür. “Qəbələ” isə həmişə ilk hissədə yaxşı performans nümayiş etdirir. Amma ikinci yarıda ehtiyat qüvvəsinin olmaması öz sözünü deyir. Bununla da komanda Premyer Liqada öz durumunu daha da çətinləşdirdi”.

Qeyd edək ki, Misli Premyer Liqasının turnir cədvəlinə 21 xalla “Turan Tovuz” başçılıq edir. “Qarabağ” 20 xalla ikinci, “Zirə” 19 xalla üçüncü pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri