Icma.az
close
up
RU
Arif Əsədov: Nəticə elə oldu ki, hər iki komanda 2 xal itirdi

Arif Əsədov: Nəticə elə oldu ki, hər iki komanda 2 xal itirdi

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Fasilədən sonra ilk oyunlar komandaların mövsümün ikinci yarısına necə hazırlaşdığını göstərəcəkdi. Yeni transferləri də izləmək maraqlı idi". Bu sözləri Sport24.az-a açıqlamasında millinin sabiq məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis 19-cü oyun həftəsi çərçivəsində baş tutan görüşlər barədə fikirlərini bölüşüb:
"Sürpriz nəticə "Kəpəz" - "Turan Tovuz" oyununda oldu. Hesabın böyük bəlkə də bir çoxları üçün gözlənilməz idi. Bu oyunadək "Turan Tovuz" bu qədər qol görməmişdi. Nominal qonaqlar matça ciddi itkilərlə çıxmışdı. Ancaq bu heç də "Kəpəz"in qələbəsinə kölgə salmır.

"Səbail" xeyli vaxt idi ki,  "Sumqayıt" üzərində qələbə qazana bilmirdi. Şənbə günü "dənizçilər" həm yaxşı oynadılar, həm də layiqli 3 xal qazandılar. "Sumqayıt" bu matçda zəif təsir bağışladı. Həm "Zirə", həm də "Araz Naxçıvan" yüksək yerlər uğrunda mübarizə aparırlar. 6 xallıq oyun idi. "Zirə"yə mütləq qələbə lazım idi ki, avrokubok zonasından uzaqlaşmasın. Qələbəyə layiq idilər. "Araz Naxçıvan" zəif çıxış etdi.

Əsədovun turun digər oyunları barədə fikirləri isə belə olub: 

"Qarabağ" - "Şamaxı" oyununda favorit Ağdam təmsilçisi idi. Amma "Şamaxı" da layiqli mübarizə apardı. "Neftçi" - "Sabah" görüşündə hər iki komandaya 3 xal vacib idi. "Sabah" qalib gəlib lider qrupuna yaxınlaşmaq istəyirdi. Nəticə elə oldu ki, hər iki komanda 2 xal itirdi".

Qeyd edək ki, Misli Premyer Liqasında XIX tura yekun vurulub. Lider "Qarabağ" növbəti qələbəsini qazandı, "Turan Tovuz" isə gözlənilmədən "Kəpəz"ə məğlub oldu. "Səbail" Cavid Hüseynovun rəhbərliyi altında ilk qələbəsini əldə etdi. "Neftçi" "Sabah"la heç-heçəyə razılaşdı, "Zirə" isə "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sport24.az
archiveBu xəbər 21 Yanvar 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see287

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see273

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see267

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see260

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see236

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see219

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see213

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see204

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see203

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see195

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see195

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see194

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see189

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see187

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see183

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see177

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see171

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see171

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see171

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri