“Çempionluq yarışında beş komanda mübarizə aparacaq” Arif Əsədov
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Premyer Liqada VI turun oyunlarından sonra “Neftçi” ikinci, “Qarabağ” isə üçüncü pillədə qərarlaşıb. Hər iki komandanın turnirdəki çıxışı çempionluq mübarizəsinin gedişatı ilə bağlı marağı artırıb.
Bəs mövsümün bu mərhələsində turnir cədvəlində yaranan mənzərə çempionluğun əsas namizədlərini artıq müəyyənləşdirirmi, yoxsa qarşıdakı turlarda komandaların mövqeləri dəyişə bilər?
Futbol eksperti Arif Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, “Qarabağ” və “Neftçi” çempionluq uğrunda mübarizə aparan komandalardandır və hər ikisi də favoritdir.

Onun sözlərinə görə, oyundan-oyuna hər iki komanda qalib gəlmək istəyir:
“Amma çempionat uzundur və xal itkiləri hər iki komanda üçün qaçılmazdır. Sadəcə olaraq, vacibdir ki, başlanğıcda daha çox xal toplayan komanda çempionluq yarışında getdikcə daha inamlı olacaq.
Bu səbəbdən hər iki komanda üçün bu turda Premyer Liqada mübarizə aparan komandalarla görüşlər vacibdir. “Qarabağ” “Şamaxı” ilə, “Neftçi” də “Qəbələ” ilə qarşılaşacaq. Ona görə vacibdir ki, bunlar üç xal qazansınlar. Çünki sonda bu komandaların itirdiyi xallar hər iki komandaya mənfi təsir göstərə bilər.
Təbii ki, “Neftçi” və “Qarabağ”dan başqa, çempionluq yarışında “Sabah” əsas favoritlərdəndir. Bura “Zirə”ni də qatmaq olar. “Turan” da çempionatın əvvəlində çempionluq iddiasını ortaya qoyub.
Bu baxımdan, beş komanda çempionluq yarışında mübarizə aparar. Sonda hansı komandanın çempion olacağını və avrokuboklara kimin vəsiqə qazanacağını zaman göstərəcək. Bu isə komandaların topladığı xallardan asılı olacaq”, - deyə Arif Əsədov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Arif Əsədov: Bu mövsüm çempionluq uğrunda 4 komanda mübarizə aparacaq
18 Avqust 2025 15:08
Arif Əsədov: Çempionluq və avrokublar uğrunda kimlərin mübarizə aparacağı bəllidir
23 Dekabr 2024 12:00
Neftçi çempionluq uğrunda mübarizə apardığını bir daha göstərdi Arif Əsədov
24 Avqust 2026 12:53
Arif Əsədov: “Qarabağ”la “Sabah” arasında çempionluq uğrunda ciddi mübarizə gedəcək”
05 Yanvar 2026 16:51
Arif Əsədov: Qarabağ uduzsa, Sabah ı çempionluq münasibəti ilə təbrik edə bilərik
15 Aprel 2026 16:01
Baxış sayı:57
Bu xəbər 18 Sentyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları