Icma.az
close
up
RU
Arif Əsədov: Premyer Liqada bu mövsüm sürət, dinamika və rəqabət baxımından əvvəlkilərdən fərqlənir

Arif Əsədov: Premyer Liqada bu mövsüm sürət, dinamika və rəqabət baxımından əvvəlkilərdən fərqlənir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 23 dekabr, AZƏRTAC

Bu mövsüm sürət, dinamika və rəqabət baxımından əvvəlkilərdən fərqlənir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Misli Premyer Liqasının birinci dövrəsini şərh edərkən deyib.

Mütəxəssisin sözlərinə görə, qış fasiləsinədək olan dövrü nəzərə alanda, demək olar ki, əvvəlki çempionatlarla müqayisədə fərqli mənzərə var: “Səviyyə artıb, oyunların tempi, dinamika və komandalar arasındakı mübarizə güclənib. Ümumilikdə rəqabət hiss olunur və bu, çox sevindiricidir. Artıq “Qarabağ” əvvəlki kimi asanlıqla liderliyini qoruya bilmir. “Sabah” bu dəfə böyük əzmkarlıq göstərdi və qış çempionu oldu. Bu da göstərir ki, birinci yer uğrunda mübarizə daha maraqlı və açıq gedir. Üçüncü, dördüncü, beşinci və altıncı yerlər uğrunda da ciddi mübarizə var. Burada hansısa komandanın avrokuboklara vəsiqə qazanacağını dəqiq demək çətindir. “Şamaxı”, “İmişli” kimi ortabab komandalar formalaşıb və onlar liderlərə qarşı sürpriz nəticələr göstərmək gücündədir”.

Veteran futbolçu mövsümün ilk hissəsində sürpriz komanda kimi “Sumqayıt”ın adını çəkib: “Mövsümün əvvəlində bu komandanın orta sıralarda olacağı gözlənilirdi. “Kimyaçılar” artıq avrokubok zonası uğrunda mübarizəyə qoşulub. Əgər qış fasiləsindən sonra heyətini bir az da gücləndirsə, iddiasını davam etdirə bilər. "İmişli" də maraqlı oyun göstərir. Mövsümün əvvəlində autsayder kimi düşünülən kollektiv hazırda ortabab səviyyədə özünü göstərə bilir. “Neftçi”nin geridə qalması bir qədər məyusedicidir. Yeni baş məşqçi gəlib, amma komanda kubokdan da kənarda qalıb. “Ağ-qaralar”ın bu mövsüm avrokuboklara düşməsi yalnız çempionatın ikinci hissəsində toplayacağı xallardan asılı olacaq. Əgər qış fasiləsində baş məşqçi Yuri Vernidub istədiyi sistemi komandaya yeridə bilsə, nəticələrdə dönüş ola bilər”.

O, Premyer Liqada qalmaq uğrunda əsas mübarizənin isə “Kəpəz”, “Qəbələ” və “Karvan-Yevlax” arasında gedəcəyini vurğulayıb: “Hazırkı mərhələdə konkret proqnoz vermək çətindir. Ümumilikdə desək, bu mövsüm müsbət mənada sürprizlərlə yadda qalır. “Qarabağ”ın Çempionlar Liqasında uğurlu çıxışını da qeyd etməliyik. Bu, həm komandanın oyun qrafikinə, həm də çempionatda göstərdiyi performansa təsir edir. Bəzən ardıcıl oyunlar, zədələr və psixoloji yorğunluq özünü göstərir. Amma bununla yanaşı, “Sabah”ın əzmini və yaxşı hazırlığını da vurğulamaq lazımdır. Komanda bu gün liderdirsə, deməli, buna layiq performans göstərib. Lakin çempionluq uğrunda mübarizə hələ qabaqdadır”.

Qeyd edək ki, “Sabah” komandası 37 xalla qış fasiləsinə lider yollanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri