Icma.az
close
up
RU
Arif Əsədov: “Qarabağ”ın ev oyunlarında xal qazanmaq şansı daha çoxdur

Arif Əsədov: “Qarabağ”ın ev oyunlarında xal qazanmaq şansı daha çoxdur

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarabağ” 8 qarşılaşmada 3–4 xal toplaya bilsə, bu nəticəni qənaətbəxş hesab edə bilərik".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində qarşılaşacağı rəqiblər barədə danışarkən deyib.

O bildirib ki, “Çelsi”, “Liverpul” və “Napoli” kimi nüfuzlu klublarla üz-üzə gəlmək Ağdam təmsilçisinin böyüməsinə kömək edəcək: “Bu, elə özü böyük uğurdur. “Qarabağ” hədəfinə çataraq əsas mərhələyə vəsiqə qazanıb. Tarixi nəticədir. Çempionlar Liqasında zəif rəqib olmur. Bütün komandalar öz ölkələrinin ən güclüləridir və səviyyə fərqi göz önündədir. Bu səbəbdən “Qarabağ” oyunlara artıq təzyiqsiz çıxacaq, çünki psixoloji gərginlik geridə qalıb və komanda nəhayət daha sərbəst oynaya biləcək”.

Mütəxəssisin sözlərinə görə, Qurban Qurbanovun yetirmələrinin ev oyunlarında xal qazanmaq şansı daha çoxdur: “Çelsi”, “Ayaks”, “Ayntraxt” və “Kopenhagen”lə qarşılaşmalarda “Qarabağ”ın nəticə əldəetmə ehtimalı yüksəkdir. Komanda əvvəllər də bu rəqiblərlə qarşılaşıb. Hətta Danimarka təmsilçisindən üstün olub. Yəni, bu komandaların hər birindən xal almaq mümkündür”.

Əsədov səfər oyunlarının daha çətin keçəcəyini deyib: “Liverpul”un meydanında xal qazanmaq real görünmür. Hətta demək olar ki, mümkünsüzdür. “Benfika” da evdə çox güclüdür, bunu “Fənərbağça” ilə görüşdə bir daha sübut edib. Lakin “Atletik” ilə oyun üçün müəyyən ümidlər var. “Qarabağ” vaxtilə Madriddə “Atletiko”dan xal almışdı, bu da əlavə inam yaradır. “Napoli” isə güclü rəqibdir və orada iş çətin olacaq”.

O qeyd edib ki, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi özü-özlüyündə böyük uğurdur: “Komanda bu nəticə ilə Azərbaycan xalqını, futbol ictimaiyyətini və bütün “Qarabağ” camiəsini çox sevindirdi. Baş məşqçi Qurban Qurbanov və texniki heyət də xüsusi təbrikə layiqdirlər. Bu bayramı bizə bəxş etdikləri üçün onlara təşəkkür edirik”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas raundunda ilk turun görüşləri sentyabrın 16-18-də təşkil olunacaq. Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. Final qarşılaşması isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Avqust 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see134

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri