Arif Əsədov: Qarşıdakı oyunlarda yəqin ki, bu seriya qırılacaq
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qələbəsiz seriyasının bu qədər uzunmasının səbəbini deyə bilmərəm. Sonuncu dəfə mənim rəhbərliyim altında yoldaşlıq qarşılaşmasında Qazaxıstanı 3:2 hesabı ilə məğlub etmişik". Bu sözləri Sport24.az-a açıqlamasında millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan yığmasının "FIFA Series - 2026" beynəlxalq turnirindəki şanslarını dəyərləndirib:
"Məndən sonra yığmaya Fernandu Santuş rəhbərlik etdi və bunu yığmanın ən uğursuz dönəmi kimi qiymətləndirirəm. Hazırda Ayxan müəllimlə millidə müsbət mənada dəyişiklik hiss olunur. Qarşıdakı oyunlarda yəqin ki, bu seriya qırılacaq. Ölkənin əsas komandasına dəvət olunan futbolçular Ayxan Abbasovun seçimidir. Yəqin ki, bu matçlara öz strateji yanaşması var. Hər bir futbolçu üçün millinin qapıları açıqdır. Yoldaşlıq oyunlarından söhbət gedirsə, hamıya şans verilə bilər. Burada Ayxan Abbasovun baxışı vacibdir".
Qeyd edək ki, Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra- Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 23 Mart 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















