Icma.az
close
up
RU
Qarabağ adətən ilk oyunlarda çətinliklərlə üzləşir Arif Əsədov

Qarabağ adətən ilk oyunlarda çətinliklərlə üzləşir Arif Əsədov

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" sabah mübarizəyə başlayır. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsi çərçivəsində "Şelbrun"la qarşılaşacaq. "Köhlən atlar" İrlandiya təmsilçisi ilə ilk oyunu sabah səfərdə keçirəcəklər. 
Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədovla əlaqə saxlayıb təmsilçimizin şanslarını dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ"ı iş başında görməmişik. Komandadan gedənlər də olub, yeni transferlər də edilib. Bilirik ki, "Qarabağ" transferlərə çox həssas yanaşır və həmişə çalışır "nöqtə" keçidlər reallaşdırsın. Yəni klubun oyun üslubuna və fəlsəfəsinə uyğun oyunçular götürürlər. İlk oyun səfərdədir. "Qarabağ" adətən ilk oyunlarda çətinliklərlə üzləşir. Həm də rəqib atletik futbola üstünlük verən komandadır. "Qarabağ"ın əleyhinə işləyəcək məqamlar meydan, uzaq yolun yorğunluğu və sair də ola bilər. Bütün bunlara baxmayaraq, "Qarabağ" bu komandanı keçmək gücündədir. Ola bilər oyunun ilk dəqiqələri çətin keçsin. Amma komandamızın tədricən meydana ağırlığını qoyacağını düşünürəm. "Qarabağ"ın səfərdən istədiyi nəticə ilə dönəcəyinə və cütün taleyini Bakıda həll edəcəyinə inanırıq. Təmsilçimizə sabahkı oyunda uğur arzulayıram".  

Qeyd edək ki, "Şelburn" və "Qarabağ" arasında ilk oyun iyulun 23-də Dublində, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://fanat.az
archiveBu xəbər 22 İyul 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri