Icma.az
close
up
RU
Arif Əsədov: Yenə də çətinliklə üzləşdilər və düşünürəm Neftçi vacib iki xalı itirdi

Arif Əsədov: Yenə də çətinliklə üzləşdilər və düşünürəm Neftçi vacib iki xalı itirdi

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"İlk turda komandaların performansı yüksək görünmədi. Klublardan bəzi gözləntilər var idi ki, özünü doğrultmadı". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının ilk turundakı matçlarla bağlı fikirlərini bölüşüb:
"Karvan-Yevlax" - "Qəbələ" matçı bərabər səviyyəli oyun oldu. Hər iki komanda Premyer Liqaya yeni qoşulublar və oyunun ədalətli nəticəsi heç-heçə idi.

İddialı "Turan Tovuz"un "İmişli" üzərində asan qələbə qazanacağı gözlənilirdi. İlk turda komandaların performansının yüksək olmadığı burda da göründü. Çətinliklə də olsa, tovuzlular qələbə qazandı və öz iddiasını ortaya qoydu".

Əsədov "Neftçi"nin ilk turda vacib xal itirdiyini söyləməklə yanaşı, "Kəpəz"in problemlərini dilə gətirib, "Araz-Naxçıvan"ın xarakterindən söz açıb:

"Neftçi"də bu il böyük dəyişikliklər olub, komandanın iddiası çempionluq və kuboku qazanmaqdır. Bu baxımdan ilk turlarda 3 xalı əldə etmək vacibdir. Son illərdə "Neftçi"nin "Şamaxı" ilə matçları çətin keçir. Yenə də çətinliklə üzləşdilər və düşünürəm "Neftçi" vacib iki xalı itirdi, amma "Şamaxı" istədiyi oyunu göstərməklə vacib bir xal qazandı.

"Sumqayıt" və "Kəpəz"də mövsümlərarası fasilədə böyük dəyişikliklər olub. Meydan sahibləri azarkeşləri qarşısında istəkli oynadılar. "Kəpəz"də hələ də problemlər var, heyət və oyun baxımından qeyri-stabillik özünü göstərir. "Zirə" və "Araz-Naxçıvan" komandaları bu mövsüm də iddialıdır. Avrokubok macəraları başa çatan klublar fikirlərini tam olaraq çempionata yönəldiblər. "Zirə" ilk hissədə üstün idi. "Araz-Naxçıvan" isə xarakter göstərərək bir xalı əldə edə bildi".
Qeyd edək ki, Premyer Liqanın 1-ci turu çərçivəsində keçirilməli olan "Sabah" - "Qarabağ" oyunu təxirə salınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://sport24.az
archiveBu xəbər 20 Avqust 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see225

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see213

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see181

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see134

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see131

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see130

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri