Icma.az
close
up
RU
Arif Əsədovdan turun dəyərləndirməsi: “Qarabağ”ın oyununda hakim balansı qoruya bilmədi” MÜSAHİBƏ

Arif Əsədovdan turun dəyərləndirməsi: “Qarabağ”ın oyununda hakim balansı qoruya bilmədi” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədovun İdman.biz-ə müsahibəsi

- Misli Premyer Liqasında geridə qalan XXVI turunu necə dəyərləndirirsiniz?

- Bu tur maraqlı və intriqalı oyunların şahidi olduq, gərgin matçlar izlədik. Üç oyunda qırmızı vərəqələr göstərildi. Bu baxımdan tur mübarizə və intriqalarla yadda qaldı.

- “Sumqayıt” - “Kəpəz” oyununda ev sahiblərinin 3:0 hesablı qələbəsi turun ən yaddaqalan nəticələrindən oldu. Siz bu matçı necə şərh edərdiniz?

- Görüş hər iki komanda üçün vacib idi. Hər iki komandaya heç-heçə də kifayət edə bilərdi. İlk dəqiqələr bərabər səviyyədə getsə də, qoldan sonra "Sumqayıt" daha inamlı oynamağa başladı və layiqli qələbə qazandı. Məncə, bu turun ən zəif oyununu "Kəpəz" göstərdi. Bol qollu qələbə “Gənclik şəhəri”nin təmsilçisi üçün vacib idi ki, komandanın inamı özünə qayıtsın.

- “Araz-Naxçıvan” – “Qarabağ” oyunu da maraqlı məqamlarla zəngin idi.

- Bəli, çox maraqlı və prinsipial oyun izlədik. Görünən odur ki, “Araz-Naxçıvan”a “Qarabağ”dan xal götürmək daha vacib idi. Turnir cədvəlindəki yerini qorumaq baxımından bir xal da faydalı ola bilərdi. “Qarabağ”ın xala ehtiyacı olmadığı üçün daha rahat oynayırdı.

- Bəs matçdakı dava və hakimin müzakirələrə səbəb olan qərarları haqqında nə düşünürsünüz?

- Futbolda belə intriqalar olur və orada mübahisə komandalar arasında idi. Ancaq qırmızı vərəqə yalnız bir oyunçuya göstərildi. Bəlkə də, söz-söhbətə gətirib çıxaran da məhz sözügedən məqam oldu. Bu baxımından hakim balansı qoruya bilmədi. Oyunun özü isə maraqlı alındı.

- “Şamaxı” – “Sabah” qarşılaşması barədə nə deyə bilərsiz?

- Son vaxtlar “Sabah” “Şamaxı”dan xal almaqda, xüsusilə də səfərdə oynamaqda çətinlik çəkir. Bu matçda isə “Şamaxı”ya xal vacib idi ki, turnir cədvəlində öz pozisiyasını daha da yaxşılaşdıra bilsin. İlk dəqiqələrdən gördük ki, “Şamaxı” daha motivasiyalı oynayır və sonda da layiqli qələbə qazandı. Məncə, “Sabah” daha çox kuboku düşünür və hazırda ora fokuslanıb.

- “Zirə” – “Səbail” dueli haqqında nə düşünürsünüz?

- Bu oyunun favoriti “Zirə” idi. Son zamanlar bu komanda ardıcıl qələbələr qazanır. “Səbail”də isə eniş var. Ancaq onlar da bu matça yaxşı hazırlaşmışdı. Çəkinmədən yaxşı oyun göstərirdilər. Hardasa hücumlar edir, müdafiədə də balansı qoruyurdular. Ancaq 70-ci dəqiqədə göstərilən qırmızı vərəqə “Zirə”nin üstünlüyünü artırdı. Buna baxmayaraq, “Səbail” sona qədər döyüşdü. Axırıncı dəqiqələrdə buraxılan qol “Zirə”yə növbəti üç xalı qazandırdı və komanda turnir cədvəlindəki yerini möhkəmləndirdi.

- Son tur “Səbail”in Premyer Liqanı tərk edəcəyi ehtimalını sanki bir qədər də artırdı. Sizcə, növbəti turda komanda vəziyyəti öz xeyrinə dəyişə bilər?

- Bu qarşılaşma “Səbail”in vəziyyətini bir az da çətinləşdirdi. Ancaq hələ qarşıda çox oyunlar var. Növbəti matçı evdə oynayır, bu qarşılaşmadan çox şey asılıdır. Komandanın vəziyyəti dəyişmək üçün şansları var. Əgər bu oyunda “Səbail” qələbə qazansa, “Kəpəz”lə aradakı fərqi azaltmış olacaq.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Mart 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri