Icma.az
close
up
RU
Arif Əsədovdan turun DƏYƏRLƏNDİRMƏSİ İdman və Biz

Arif Əsədovdan turun DƏYƏRLƏNDİRMƏSİ İdman və Biz

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Kəpəz” - “Araz-Naxçıvan” matçında favorit Naxçıvan təmsilçisi olsa da, ev sahiblərinin son dönəmlərdəki irəliləyişi göz önündədir”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

O, Azərbaycan Premyer Liqasının 14 turunda baş tutan matçları şərh edib. Əsədov bildirib ki, “Kəpəz” - “Araz-Naxçıvan” (0:2) maraq böyük olub: “Oyun onu göstərdi ki, qonaqların ardıcıl qələbələri təsadüfi deyil. Komanda artıq yaxşı formalaşıb. Avrokuboka vəsiqə qazanmağa namizədlərdən biridir. Bu baxımdan artıq hər kəs “Araz-Naxçıvan” gücünə bələd olmalıdır”.

Millinin sabiq məşqçisi “Səbail” - “Qarabağ” (0:3) qarşılaşmasında isə Ağdam təmsilçisinin gücünü şərh etməyə ehtiyacın olmadığını deyib: “Hər şey açıq-aydın ortada idi. “Səbail”də futbolçu qıtlığı var. Zədəli oyunçuları da çoxdur. Bu səbəbdən “Qarabağ” matça sanki test oyunu kimi çıxmışdı. Əsas futbolçularını meydana buraxmışdı. Avropa Liqasında növbəti görüşə hazırlaşırdı. Düzdür, ilk dəqiqələr “Qarabağ” üçün çətin oldu. Fikrimcə, bu meydança ilə bağlı idi. “Səbail” taktiki baxımdan oyununu düzgün qurmuşdu. Cavid Hüseynov hiss olunurdu ki, “Qarabağ”ı yaxşı analiz edib. Buna görə də daha çox komanda kompakt oynamağa çalışırdı. Lakin heyətdəki yorğunluq hiss olunurdu”.

Onun sözlərinə görə, “Neftçi” - “Zirə” (2:1) duelində hər iki tərəf üçün 3 xal vacib olsa da, “ağ-qaralar” bunu bacarıblar: “Qonaqlar qalib gəlsəydilər, liderlər qrupuna yaxınlaşacaqdılar. “Neftçi” isə son pillələrdən qurtulmalı idi. Oyunda bərabər səviyyəli keçdi. Amma Bakı təmsilçisi imkanlarından lazımınca istifadə edib, qələbəsini rəsmiləşdirdi”.

Əsədov bildirib ki, “Sumqayıt” - “Şamaxı” (1:2) görüşü oyun baxımından daha yaxşı alınıb: “Hesabı qonaqlar açsalar da, “Sumqayıt” təzyiqi artırdı. Hiss olunurdu ki, qol da vuracaq və bunu da bacardı. Geridönüşlə qələbə qazandı. “Sumqayıt”da da Vaqif Cavadov gələndən sonra yaxşıya doğru dəyişəkliklər var”.

Təcrübəli mütəxəssis turun mərkəz görüşlərindən birində - “Turan Tovuz” - “Sabah” (1:1) qarşılaşmasında xalların yarı bölünməsini hər 2 tərəf üçün itki adlandırıb: “Burda da komandalar üçün 3 xal vacib idi. İlk hissədə üstün olan “Turan Tovuz” ikinci 45 dəqiqənin startında fərqləndi. Lakin hesabı qoruya bilmədi və komandalar 1 xalla kifayətləndilər”.

Qeyd edək ki, turnir cədvəlinə rəqiblərindən 1 oyun az keçirən “Qarabağ” başçılıq edir. Onların aktivində 34 xalı var. Ağdam təmsilçisindən 1 xal geri qalan “Araz Naxçıvan” ikinci pillədə qərarlaşıb. “Üçlüy”ü 27 xalla “Turan Tovuz” qapayır.

Banuçiçək Hüseynli
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Noyabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see849

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see281

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see277

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see268

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see251

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see245

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see243

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see232

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see198

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see195

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see195

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see194

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see191

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see191

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see190

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see190

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see185

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see176

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see164

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri