Icma.az
close
up
RU
Arıqladıcı dərmanlar ölümə aparır: Təhlükəli maddə aşkarlandı

Arıqladıcı dərmanlar ölümə aparır: Təhlükəli maddə aşkarlandı

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son illər arıqlamaq bütün dünyada insanların "dəbinə" çevrilib.

Yəni bir zamanlar insanlar mövcud orqanizmləri ilə barışmalı olsalar artıq bununla barışmırlar. Əksəriyyət isə artıq çəkidən xilas olmaqda məqsədi məhz sağlamlıq deyil, xarici görünüşə önəm verməsidir.

Hətta son illər bu məqsədlə müxtəlif cəhhariyyə əməliyyatlara da baş vururlar. Bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da bu əmliyyatlar zamanı dünyasını dəyişənlər olub.

Buna baxmayaraq, həmin prosedurları tətbiq edənlər az deyil. Artıq çəkidən xilas olmaq üçün ölkəmizdə də bəzi insanlar dərmanlara belə, üz tuturlar. Hətta bu məqsədlə internetdə satılan müxtəlif dərmanları da alırlar ki, bu heç də hər zaman yaxşı nəticə vermir. 

Bugünlərdə internetdən alınan arıqlama məhsullarının ciddi sağlamlıq riskləri daşıdğı bir daha açıqlandı. Türkiyənin Yeditəpə Universitetinin Əczaçılıq Fakültəsi Əczaçılıq Toksikologiyası Departamentinin rəhbəri, professor Dr. Ahmet Aydın və Əczaçılıq fakültəsinin tələbələri TÜBİTAK-ın (Türkiyə Elmi və Texniki Araşdırmalar Şurası) dəstəyi ilə “Onlayn olaraq satılan arıqlama dərmanların sağlamlığa təsiri” adlı araşdırma aparıblar.

Tədqiqat çərçivəsində onlayn olaraq alınan 11 fərqli arıqlama məhsulu laboratoriyada analiz edilib. Bu məhsulların üçündə ürək xəstəliyinə səbəb ola biləcəyinə görə bir çox ölkədə qadağan olunmuş "sibutramin" maddəsi aşkar edilib.

Professor bu məhsulları araşdırdıqlarını açıqlayaraq, "Həm tibbi nəşrlərdən, həm də xəbərlərdən bilirik ki, bu məhsullara görə bir çox insan sağlamlığını itirir. Bizim müayinə etdiyimiz məhsulları seçmək meyarımız onların internetdən alınması idi.

Bunun səbəbi ən böyük potensial riskin internetdən alınan məhsullarda olmasıdır. Bu məhsulların etibarlılığı hər zaman sual altındadır" deyib.
O, analiz prosesində yüksək performanslı nazik təbəqə xromatoqrafiyasından (HP-TLC) istifadə etdiklərini deyib:

"Məhsullarda "sibutraminin" olub-olmadığını yoxladıq. Bu, arıqladan dərmanlarda ən çox tapılan qadağan olunmuş maddələrdən biridir.
Əvvəlcə aldığımız məhsullar üzərində analiz prosesinə başladıq. 

Çirkləri ekstraksiya üsulu ilə ayırdıq, sonra bu nümunələr müxtəlif analitik üsullarla laboratoriyada tədqiq edildi. Nəhayət, araşdırdığımız 11 məhsuldan üçündə bəzilərində "sibutramin" olduğu ortaya çıxdı.

2011-ci ildən Türkiyədə "sibutraminin" qadağan edildiyini xatırladan professor Ahmet Aydın vətəndaşların internetdən aldıqları arıqladan məhsullara qarşı diqqətli olması lazım olduğunu deyib:

"Laboratoriyalarımızda bu məhsulları analiz etdiyimiz üçün biz qadağan olunmuş maddəni aşkar edə bildik. Lakin vətəndaşların bu imkanı yoxdur. Məhsuldan "təbii" olduğunu düşünərək istifadə edirlər, lakin bu, ciddi sağlamlıq problemlərinə, hətta ölümlə nəticələnə bilər.

Bu, riskə dəyməz. Ona görə də insanlar bu cür məhsulları internetdən yox, rəsmi satış kanallarından almalıdırlar. Bu baxımdan, ən etibarlı mənbələr apteklərdir. Bu maddə keçmişdə arıqladan dərmanlarda geniş istifadə olunurdu.

Lakin ürək xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə səbəb olduğu müəyyən olunduğu üçün əvvəlcə Avropada, sonra ABŞ və bir çox başqa ölkələrdə qadağan edildi.

Buna baxmayaraq, gizli və ya qeyri-qanuni istehsalçılar bu cür maddələri məhsullarına gizli şəkildə əlavə edirlər. Üstəlik, heç bir halda qadağan olunan maddənin varlığını açıqlamadan onları tamamilə təbii və bitki mənşəli kimi bazara çıxarırlar.

Xalqımız bunu bilməlidir. Heç bir dərman insana 10 gün, hətta bir ay ərzində sağlam şəkildə arıqlamağa kömək edə bilməz. Əgər məhsul bu cür vədlərlə satılırsa, onun tərkibində zərərli və qadağan olunmuş maddələr ola bilər.

Əgər insan arıqlamaqda çətinlik çəkirsə, ilk növbədə tibb işçisi və həkimə müraciət etməlidir. Həkim və səhiyyə qrupu hansı dərman və ya metodun uyğun olduğuna birlikdə qərar verməlidir. Bu yanaşma onların sağlamlığını qorumaq üçün ən yaxşı yanaşmadır".

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Sentyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri