Icma.az
close
up
RU
Arıqlama çayları xərçəng hüceyrələrini aktivləşdirir, sonsuzluq yaradır Dietoloqdan XƏBƏRDARLIQ

Arıqlama çayları xərçəng hüceyrələrini aktivləşdirir, sonsuzluq yaradır Dietoloqdan XƏBƏRDARLIQ

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Hər il arıqlama preparatlarına görə neçə-neçə insanın həyatı təhlükəyə düşür. Arıqlama preparatları, arıqlama çayları, xüsusilə sosial şəbəkələrdə çiçəklənən qara bir biznes sahəsidir. Bu işlə məşğul olan insanların çoxunun heç bir tibbi savadı yoxdur. Bəzi dərman şirkətləri və ya qara yolla Azərbaycana gətirilən məhsulları internet üzərindən satan şəxslər şəbəkə qururlar. Elan verirlər ki, “işlə təmin olunmaq istəyənlər müraciət etsin”, bu yolla işsiz insanlardan “dairə” yaradır və internet üzərindən satış üçün özlərinə komanda qururlar".

Bu barədə Redaktor.az-a arıqlama həbləri ilə bağlı danışan həkim-dietoloq Ləman Süleymanova bildirdi. Onun sözlərinə görə, heç bir tibbi bilikləri olmayan sadə evdar xanımlar, müəllimlər və digər peşə sahibləri sosial şəbəkələrdə saxta profillər yaradaraq “dietoloq filankəs” adı ilə çıxış edirlər:

"Onlar insanları cəlb edir, internet üzərindən yalançı, ucuz “diet marafonları” təşkil edirlər. Həmin marafonların müəyyən günlərində isə arıqladıcı həbləri, zəhərli çayları, kokteylləri satışa çıxarırlar. Bunların hamısı insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu kimi dərmanların, arıqladıcı kokteyllərin və çayların tərkibində narkotik tipli maddələr olur. Onlar birbaşa karsinogen xassəyə malikdir, yəni xərçəng hüceyrələrini aktivləşdirir. Bundan əlavə, qaraciyərə, mədəaltı vəzə ağır ziyan vurur, ginekoloji problemlərə səbəb olur, qızlarda və oğlanlarda sonsuzluq yarada bilir. Belə preparatlardan istifadə edən xüsusilə gənclər həyatlarını itirirlər".

Müsahibimiz illər əvvəl baş verən bir hadisəni də qeyd etdi:

"Televiziya kanallarından birində çıxışım zamanı bir xanım zəng edib bildirmişdi ki, övladına arıqladıcı kokteyl içirdiblər. Uşağın vəziyyəti ağır idi və yaxşılaşandan sonra mənə müraciət edəcəyini demişdi. Lakin bir müddət sonra həmin xanım yenidən zəng etdi və qəmli səslə övladının dünyasını dəyişdiyini söylədi. Təəssüf ki, belə hallar hələ də baş verir və insanlar yenə də bu preparatlardan istifadə etməkdə davam edirlər. Ona görə də bu kimi dərmanların və preparatların satışı qəti qadağan olunmalıdır. Qətiyyən icazə verilməməlidir".

Nuriyyə NATİQQIZI


Kalori kalkulyatoru ilə sağlam qidalan
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Noyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri