Icma.az
close
up
RU
Paket çaylar xərçəng hüceyrələrini aktivləşdirir Tanınmış dietoloqdan XƏBƏRDARLIQ

Paket çaylar xərçəng hüceyrələrini aktivləşdirir Tanınmış dietoloqdan XƏBƏRDARLIQ

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsanlar hər şeyi daha qısa müddətdə həll etməyə çalışırlar. Bunun üçün də daha tez başa gələn “fast food”lardan, paket çaylardan daha çox istifadə olunur. Mütəxəssislərə görə, bu tip qidalar, içkilər tez başa gələn olsa da, onların insan sağlamlığına zərərləri də var.

Bəs paket çaylar sağlamlığımıza necə zərər yetirir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında dietoloq Ləman Süleymanova bildirdi ki, tez hazırlanan qida növləri çox sevilir, eləcə də dünya əhalisinin 65-70%-i  bu qidalara üstünlük verir.

"Bunlara tez hazırlanan qidalar, paket çayları və s. aiddir. İnsanlar fərqinə varmırlar ki, tez hazırlanan bütün qidaların tərkibində onların tez başa gəlməsi üçün istifadə olunan bütün inqridentlərin hamısı zərərlidir. Rəngləndirici maddələrdən başlayaraq, yəni qidanın dadına təsir edəcək, uzun saxlanılması üçün istifadə olunan bütün maddələr zərərlidir və insan orqanizminə çox mənfi təsir göstərir”, - deyən həkimin sözlərinə görə, dünya əhalisinin 70%-i paket çaylara üstünlük verir:

"Tez hazırlanan qida növlərinə elə birinci paket çaylar aiddir. Həm ölkəmizdə, həm də xaricdə istənilən kafe və restoranlarda dəmlənmiş deyil, paket çaylara üstünlük verilir. Paket çaylar daha çox tələsən insanlar üçün nəzərdə tutulub. Məsələn, işdə çayı dəmləmək üçün şərait yoxdur, bu zaman paket çaylardan istifadə edirlər. Araşdırsaq görəcəyik ki, məhz elə paket çaylardan istifadə edən insanların çoxusunda qaraciyərdə, əsasən də öd kisəsində böyük problemlər müşahidə olunur. Azərbaycanda statistik araşdırmalara görə artıq əhalinin daha çox qismi, eləcə də uşaqların 40%-i artıq öd kisəsi əməliyyatından keçən insanlardır. Araşdırsaq görəciyik ki, bu insanların çoxu paket çaydan istifadə edən şəxslərdir”. 

Ləman Süleymanova qeyd etdi ki, paket çaylar insanın gündəlik işini asanlaşdırır, rəngi də adi çay kimi görünsə də, onun tərkibindəki zəhərli maddələr həmin çaya yalançı rəng verir.

"İstifadə olunan torbanın xam maddəsi bildiyimiz kağız deyil. Bunların hazırlanması üçün istifadə olunan maddələr çox təhlükəli maddələrdir, hətta xərçəng əmələ gətirən xassəyə malikdilər. Hətta əvvəllər paket çaylar təzə çıxanda kağızdan asmaq üçün istifadə olunan ip qismi simlərdən istifadə olunurdu və bu daha çox təhlükəyə səbəb olurdu. Buna görə də bəzi ölkələrdə iplə əvəz etməyə başladılar, çünki simin su ilə reaksiyasında təhlükəli maddələr əmələ gətirir. Bildiyimiz paket çayların içərisinə yerləşdirilən çay təmiz çay deyil, tərkibində zəhərli maddələr var, yalançı rəngləndirici maddələr var ki, çaya xüsusi rənglər verir. Onu əhatə edən paket, torbanın da tərkibində təhlükəli maddələr var. İsti su ilə reaksiyaya girərkən həmin o maddələr suya çökür və daha təhlükəli maddələr əmələ gəlir və insan da bunu qəbul edir. Tez-tez bu çaylardan istifadə edən insanların qaraciyərində, öd kisəsində problemlər əmələ gəlir. Öd kisəsinin funksiyası anbar funksiyasıdır ki, o zəhərli tullantıları kənarlaşdırır. Öd kisəsinin əsas fünksiyası qaraciyər tərəfindən istehsal olunan ödün yığılması və saxlanılmasıdır, amma insanlar düzgün qidalanmayanda, mütəmadi zəhərli qidalardan istifadə edəndə, birinci qaraciyərə təsir edir. Başlayır o zəhərlər xaric olmağa və zəhərin xaric olunması üçün də o tullantılar birbaşa anbara yığılır və ordan zəhərli maddələr aktiv olanda öddə qatılaşma başlayır, qatılaşma kristallara çevrilir və daş əmələ gətirir. Beləliklə öd kisəsi öz fünksiyasını itirir. Bundan əlavə bir çox  problemlər yaradır, xərçəng hüceyrələrini aktivləşdirir, imuniteti zəiflədir, dərini qocaldır”, - deyə dietoloq vurğuladı.

BƏNÖVŞƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Yanvar 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri