Ən effektiv arıqlama dərmanı açıqlandı
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin Corciya Universitetinin alimləri tərəfindən aparılan araşdırma tirzepatidin ən effektiv arıqlama dərmanı olduğunu göstərib.
AZƏRTAC “Knowridge” nəşrinə istinadla xəbər verir ki, “Obesity” jurnalında dərc olunan tədqiqat çərçivəsində 14 mindən çox iştirakçının məlumatları təhlil edilib və üç məşhur GLP-1 preparatı – tirzepatid, semaglutid və liraglutid müqayisə olunub. Nəticələrə görə, tirzepatid qəbul edən şəxslər orta hesabla bədən çəkilərinin 20 faizdən çoxunu itiriblər. Bu göstərici semaglutid üçün təxminən 15 faiz, liraglutid üçün isə 8 faiz təşkil edib.
Tədqiqatçılar tirzepatidin yüksək effektivliyini onun eyni vaxtda iki hormonal mexanizmə təsir göstərməsi ilə izah edirlər. Bildirilir ki, preparat digər dərmanlarla müqayisədə daha çox yan təsir yaratmayıb.
Alimlər qeyd edirlər ki, bu dərmanlar piylənmənin müalicəsində mühüm rol oynasa da, uzunmüddətli təsirləri və müalicə dayandırıldıqdan sonrakı nəticələr əlavə araşdırmalar tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 18 İyun 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















